Kammin (,Gerhard Köbler, Historisches Lexikon der Deutschen Länder: die deutschen Territorien vom Mittelalter bis zur Gegenwart, 7-ci nəşr, Münhen: C.H.Beck, 2007, səh. 113, . ) — həm 1140-1544-cü illərdə Pomeraniya hersoqluğunda mövcud olmuş keçmiş Roma Katolik kilsəsinin yeparxiyası,Diocese of Cammin, Germany həm də 1248-1650-ci illərdə Kolobjeq bölgəsindəki Müqəddəs Roma İmperiyasının dünyəvi ərazisi (knyaz-yepiskopluq).
Yeparxiya XII əsrdə Qriffin sülaləsinin nəzarətində olan əraziləri, yəni Rügen knyazlığı istisna və Penyaətrafı, Meklenburq-Strelitz hersoqluğu və şimaldakı Ukkermark və Noymark regionlarını əhatə edirdi. Yeparxiya, Polşa hökmdarı III Boleslavın göstərişi ilə 1124-1128-ci illərdə Bamberqli Otto tərəfindən Pomeraniyanın xristianlığa gətirilməsi dövründə yaradılmışdı, Pomeraniya zadəganlarının 1534-cü ildə lüteranlığı qəbul etməsi və Protestant Reformasiyası zamanı ləğv edildi. Son katolik yepiskop 1544-cü ildə vəfat etmişdi.
Qərbdən şərqə doğru yeparxiya Şverin, Havelberq, Brandenburq, Lubuş, Poznan, Qnezno və Vlotslavek yeparxiyaları ilə həmsərhəd idi. Kamień Pomorskidəki kafedral kompleksi Polşanın tarixi abidəsi kimi siyahıya alınmışdır.
Rəhbərləri İllərYepiskop1140 - 1162Pomeraniyalı Adalbert1163 - 1186I Konrad1186 - 1202I Siqfrid1202 - 1219Siqvin1219 - 1223II Konrad1223 - 1231III Konrad1241 - 1244VakantKnyaz-yepiskopluq1244 - 1252I Vilhelm1252 - 1288Hermann1288 - 1298Rügenli Yaromar1298Petrus1299 - 1317Henrix fon Vaçolz1317 - 1324IV Konrad1324 - 1329II Vilhelm1324 - 1326Otto (anti-yepiskop)1326 - 1329Arnold (anti-yepiskop)1329 - 1343Fridrix1344 - 1372Saksen-Lauenburqlu I İohann1372 - 1385Filipp fon Rehberq1386 - 1394II İohann1377 - 1392VIII Boquslav (Pomeraniya hersoqu)1394 - 1398III İohann1398 - 1410Nikolaus Bok1410 - 1424Saksen-Lauenburqlu Maqnus1424 - 1446II Siqfrid1446 - 1469Henninq İven1469 - 1471Vakant1417 - 1417II Henninq Kesseboqen1417 - 1479Lüdviq fon Eberşteyn-Nauqard1479 - 1479II Nikolaus1479 - 1482Marinus Freqanus1482 - 1485Anqelo Qeraldini1486 - 1495Benedikt fon Valdşteyn1486 - 1488Nikolaus Vestfal1498 - 1521Martin Karis1521 - 1544ErasmusLüteranlıq dövrü1544 - 1549Bartholomeus1549 - 1556Martin Veyher von Leba1556 - 1574İohann Fridrix1574 - 1602Kazimir Qriffin1602 - 1618Pomeraniyalı Frans1618 - 1622Pomeraniyalı Ulrix1623 - 1637XIV Boquslav1637 - 1650Ernst Boquslav von Kroy
İstinadlar
Kateqoriya:Müqəddəs Roma imperiyasının knyaz-yepiskopluqları Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri