Aleksandr Petçold (; ; ) — alman-rus aqronomu.

29 yanvar 1810-cu ildə Drezdendə anadan olub. Leypsiq, Berlin və Gissen universitetlərində təhsil aldıqdan sonra 1838-1846-cı illərdə Drezdendə tibb və əczaçılıqla məşğul olub. 1846-1872-ci illərdə Rusiya İmperiyasının Baltikyanı regionunda Dorpat (indiki Tartu) Universitetində kənd təsərrüfatı və kənd təsərrüfatı mühəndisliyi professoru olub. Bu dövrdə Rusiya hökumətinin tapşırığı ilə imperiyanın hər yerində geniş ekspedisiyalar həyata keçirdi və səyahətləri əsasında bir neçə kitab nəşr etdi.

Müəllimliklə yanaşı, daim elmi səfərlər edirdi. 1847-1849-cu illərdə Baltikyanı əyalətlərə, Finlandiya və mərkəzi Rusiyaya səfər etmişdi. 1859-cu ildə Avropada dörd ay işgüzar səfərdə olmuş, Almaniya, Belçika və İngiltərəyə səfər etmişdir. 1862-ci ildə London Ümumdünya Sərgisinə göndərilmişdi. 1863-1864-cü illərdə Qafqazda və Zaqafqaziyada olmuşdur. 1868-ci ildə yenidən xaricə göndərilmiş, Fransa və Əlcəzairə səfər etmişdir. 1871-ci ildə general-qubernator Kaufmanın xahişi ilə elmi-praktik tədqiqatlar üçün Türküstana göndərilib. Yol boyu Omskdan Semipalatinska kimi Sibirdə kənd təsərrüfatını araşdırmışdı.

1872-ci ildə təqaüdə çıxmaq məcburiyyətində qaldı və əvvəlcə Mitauya, sonra Frayburqa getdi.

İstinadlar

Ədəbiyyat

Борисёнок М. «Не хуже, чем в Германии» // [Историк. — 2016. — № 19-20. Xarici keçidlər

Поездка в Туркестанский край