Tbilisi Şəhər Şurası () — Gürcüstanın Tbilisi şəhəri hökumətində nümayəndəlik orqanı. Şura 1991-ci ildə ölkənin SSRİ-dən müstəqilliyini elan etdiyi vaxt aparılan islahatlar nəticəsində təkcə Tbilisidə deyil, bütün Gürcüstanda yerli hakimiyyətin qanunverici orqanı kimi yaradılmışdır.
Tərkibi Şura üzvləri qarışıq seçki sistemi ilə seçilir. 50 yerdən 40-ı şəhərin yerli rayonlarında birbaşa seçkilər yolu ilə seçilir. Qalan 10 üzv siyasi partiyalar tərəfindən seçilir və onların dəstəyinə görə şəhər daxilində bölüşdürülür. 2021-ci ildən Şuraya hakim "Gürcü Arzusu"ndan 29, Vahid Milli Hərəkatdan 13, "Gürcüstan Uğrunda"dan 4, "Lelo"dan 2, "Girçi – Daha çox Azadlıq" partiyasından 1 və "Xalq Naminə" partiyasından 1 deputat var. İstinadlar
Kateqoriya:Tbilisi