Lal Bihari (və ya Lal Bihari Mritak; ) – Hindistanın Uttar-Pradeş ştatının Amilo kəndindən olan fermer və aktivist. O, 1975–1994-cü illərdə rəsmi olaraq ölü kimi qeydiyyatda olmuş və 19 il boyunca Hindistan bürokratiyasına sağ olduğunu sübut etməyə çalışmışdır. Adına Mritak () sözünü əlavə etmiş, bu cür hadisələri işıqlandırmaq üçün Uttar-Pradeş Ölü Adamlar Assosiasiyasını qurmuşdur.

Həyatı Bihari məşhurlaşmazdan öncə Uttar-Pradeş ştatında yerləşən bir kənddə yaşayan fermer idi. O, bankdan borc almaq üçün Azamqarh rayonunun gəlir idarəsinə yaxınlaşmışdır. Bu zaman ölü kimi qeydiyyatda olduğunu öyrənmişdir. Onun dayısı məmurlardan birinə rüşvət verərək Biharinin ölü kimi qeydiyyata alınmasına nail olmuş, beləcə, Biharinin Khalilabadda yerləşən bir akrlıq torpağının varisliyini götürmüşdür.

Bihari 100-dən çox insanın eyni vəziyyətlə üzləşdiyini, rəsmi olaraq ölü göstərildiyini öyrənmişdir. Məsələni gündəmə gətirmək üçün Uttar-Pradeş Ölü Adamlar Assosiasiyasını yaratmışdır. O və digər üzvlər onları ölü kimi göstərməyə nail olmuş şəxslər tərəfindən öldürülmək təhlükəsi ilə üzləşmişdirlər. Hazırda təşkilatın 20.000-dən çox üzvü var. 2004-cü ilə qədər təşkilat 4 üzvün sağ olduğunu isbat edə bilmişdir.

Bihari ölmədiyini sübut etmək üçün müxtəlif vasitələrdən istifadə etmişdir. Öz dəfn mərasimini təşkil etmiş və arvadı üçün dul təzminatı tələb etmişdir. 1980-ci ildə adına Mritak () sözünü əlavə etmişdir. 1994-cü ildə sağ oldunu sübut edə bilmişdir.

Bihari 2003-cü ildə Sülh üzrə İqnobel mükafatına layiq görülmüşdür. 2004-cü ildə Uttar-Pradeş ştatının Lalqanc parlamentinə namizədliyini vermişdir.

Populyar mədəniyyətdə 2021-ci ildə hind film prodüseri Satiş Kauşik Biharinin həyatından və "ölümündən" bəhs edən "Kağız" adlı film çəkmişdir. "Salman Khan Films" şirkəti tərəfindən istehsal olunmuş filmin baş rolunda Pankac Tripathi çıxış edir.

İstinadlar

Xarici keçidlər "Mritak" Müstəqillik mükafatına namizəd görülüb, The Hindu, 7 iyul 2006

Kateqoriya:Hindistan aktivistləri Kateqoriya:Hindistan fermerləri Kateqoriya:Ölü elan olunmuş şəxslər Kateqoriya:İqnobel mükafatı laureatları