thumb|200px|Alişa Lemann (2016)
Alişa Lemann () — hücumçu kimi çıxış edən İsveçrə əsilli futbolçu.
Karyerası
Klub karyerası Alişa futbol həyatına Konolfingen FK-nin gənclər komandasında başlayıb. 2016-cı ildə BSC YB Frauenə keçdi. Buradakı iki mövsümdən sonra o, 2018-ci ildə FA WSL komandalarından biri olan Vest Hem Yunaytedə transfer olundu. "Vest Hem"in meneceri Mett Beard İsveçrənin ev sahibliyi etdiyi 2018-ci ildə 19 yaşadək qızlar arasında UEFA Çempionatında Lemannın çıxışından heyran qaldığını bildirib. 2019-cu ilin aprel ayına qədər o, Vest Hem forması ilə səkkiz qol vurmuşdu. O, komandasının FA Qadınlar Kubokunun finalına yüksəlməsinə böyük töhfə verdi və Vest Hem ilə müqaviləsini uzatdı. Daha sonra "Everton"a transfer olundu. Hal-hazırda Aston Villada oynayır.
Şəxsi həyatı Lemann lezbiyandır. O, Paris Sen-Jermendə çıxış edən isveçrəli komanda yoldaşı Ramona Baxman ilə münasibətdə idi. Milli komandanın baş məşqçisi Martina Voss-Teklenburq deyib: "Qadın futbolunda bu vəziyyət istisna deyil". 2022-ci ildə o, Aston Villanın yarımmüdafiəçisi Duqlas Luiz ilə münasibətdə idi.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Biseksual idmançılar Kateqoriya:Qadın futbol hücumçuları Kateqoriya:Lesbiyan qadın idmançılar Kateqoriya:İsveçrənin qadın futbolçuları Kateqoriya:Legioner İsveçrə futbolçuları Kateqoriya:FA Qadınlar Super Liqasının futbolçuları Kateqoriya:İsveçrənin qadınlardan ibarət milli futbol komandası futbolçuları Kateqoriya:İsveçrə qadın milli futbol komandası Kateqoriya:2023 FİFA Qadınlararası Dünya Çempionatının futbolçuları Kateqoriya:Aston Villa FK futbolçuları Kateqoriya:Lester Siti FK futbolçuları