Ceylan Ağça Cupolo () — müəllim və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.

Həyatı Ceylan Ağça Cupolo 1986-cı ildə Diyarbəkir ilinin Hazro ilçəsində anadan olub. Doqquz Eylül Universiteti ABŞ Mədəniyyəti və Ədəbiyyatı Bölməsindən məzun olub. Həmin universitetdə magistr dərəcəsi alır.

Ankara Universitetində xarici dil müəllimi olaraq çalışıb. Qadınların, qaçqınların və ətraf mühitin qorunması, mətbuat azadlığı, siyasi motivli həbslər, həbsdə işgəncə və pis rəftar mövzularında hesabatların hazırlanması, insan hüquqları sahəsində tədqiqatların aparılması ilə məşğul olub.

2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Diyarbəkir ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Xarici Əlaqələr Komissiyasının üzvü vəzifəsində təmsil olunub.

Kürdcə, ingiliscə və italyanca bilir. Evli və 1 uşaq anasıdır.

İstinadlar

Kateqoriya:TBMM XXVIII çağırış deputatları Kateqoriya:Türkiyənin qadın deputatları