Mehmet Kamaç () — sosioloq və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.
Həyatı Mehmet Kamaç 1977-ci ildə Van ilinin Çataq ilçəsində anadan olub. Atatürk Universiteti Açıq Təhsil Bölməsindən məzun olub.
Müəllim olaraq çalışıb.
2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Diyarbəkir ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Milli Müdafiə Komissiyasının üzvü vəzifəsində təmsil olunub.
Kürdcə və farsca bilir. Evli və 4 uşaq atasıdır.
İstinadlar
Kateqoriya:TBMM XXVIII çağırış deputatları