Əkrəm Gökay Yüksəl () — iş adamı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.
Həyatı Əkrəm Gökay Yüksəl 1982-ci ildə Balıkəsir ilinin Edremit ilçəsində anadan olub. İbtidai, orta və lisey təhsilini Balıkəsirdə alıb. Muğla Universiteti Kənd Təsərrüfatı Bölməsindən məzun olub.
İş adamı olaraq çalışıb.
MHP üzvüdür. 2019-2023-cü illərdə MHP Balıkəsir il şöbəsinin sədri olub.
2023-cü ildə MHP namizədi olaraq Balıkəsir ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Ətraf Mühit Komissiyasının üzvü vəzifəsində təmsil olunub.
Evli və 2 uşaq atasıdır.
İstinadlar
Kateqoriya:TBMM XXVIII çağırış deputatları