Cəlal Adan () — meşə mühəndisi və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 21, 24, 25, 26, 27 və 28-ci çağırışlarının deputatı.

Həyatı Cəlal Adan 1951-cı ildə Ağrı ilinin Tutağ ilçəsində anadan olub. İstanbul Universiteti Meşə təsərrüfatı Bölməsindən məzun olub.

Uzun illərdir MHP üzvüdür. 12 sentyabr 1980-ci il hərbi çevrilişindən əvvəl MHP-də müfəttiş və təlilçi olub. Daha sonra 1999-2002-ci illərdə DYP, 2007-2011-ci illərdə isə DP üzvü olub. 2011-ci ildə MHP-yə qayıdıb. MHP sədrinin baş müşaviri olub. 4 noyabr 2012-ci ildə MHP sədrinin siyasi məsələlərdən və TBMM-dən məsul müavini vəzifəsinə seçilib. 12 iyul 2018-ci ildə TBMM sədr müavini seçildiyinə görə vəzifəsindən istefa verib.

1991-ci ildə Doğru Yol Partiyasının namizədi olaraq İstanbul ilindən TBMM-nin 21-ci çağırışının deputatı seçilib. 2011, iyun 2015, noyabr 2015, 2018 və 2023-cü illərdə isə MHP namizədi olaraq İstanbul ilindən Türkiyə Böyük Millət Məclisinin 24, 25, 26, 27 və 28-ci çağırışlarının deputatı seçilib. TBMM Plan və Büdcə Komissiyasının və TBMM Ədalət Komissiyasının üzvü vəzifələrində təmsil olunub.

12 iyul 2018-ci ildə TBMM sədrinin müavini seçilib. TBMM sədri Binəli Yıldırımın 18 fevral 2019-cu ildə istefa verməsindən sonra 18-24 fevralda TBMM sədri olub.

İngiliscə bilir. Evli və 2 uşaq atasıdır.

İstinadlar

Kateqoriya:TBMM XXI çağırış deputatları Kateqoriya:TBMM XXIV çağırış deputatları Kateqoriya:TBMM XXV çağırış deputatları Kateqoriya:TBMM XXVI çağırış deputatları Kateqoriya:TBMM XXVII çağırış deputatları Kateqoriya:TBMM XXVIII çağırış deputatları Kateqoriya:İstanbul ilinin deputatları