Ayyüce Türkeş Taş () — iqtisadçı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.

Həyatı Ayyüce Türkeş Taş 1977-ci ildə Ankarada anadan olub. MHP qurucusu Alparslan Türkeşin qızıdır. İbtidai və orta təhsilini Ankarada alıb. 2000-ci ildə Bilkent Universiteti İqtisadiyyat Bölməsindən məzun olub. 2003-cü ildə İstanbul Bilgi Universitetində magistr dərəcəsi alıb. 2010-cu ildə isə Mərmərə Universitetində dissertasiya işini müdafiə edib və PhD dərəcəsi alıb.

12 il maliyyə sahəsində çalışıb. 2011-ci ildə iş adamı Egemen Taşla evlənib və 2011-2023-cü illərdə Birləşmiş Ştatlarda çalışıb. 2023-cü ildə vətənə qayıdıb və Adana ilinin Kozan ilçəsində yaşamağa başlayıb.

2023-cü ildə İYİ Partiyanın namizədi olaraq Adana ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Milli Müdafiə Komissiyasının üzvü vəzifəsində təmsil olunub.

İngiliscə bilir. Evli və 2 uşaq anasıdır.

İstinadlar

Kateqoriya:TBMM XXVIII çağırış deputatları Kateqoriya:Türkiyənin qadın deputatları Kateqoriya:İstanbul Bilgi Universitetinin məzunları