right|thumb|V və yaxud da VI əsrə məxsus olan Theotokos mövzusunda çəkilmiş olan bir ikona. Theotokos (yunan : Θεοτόκος) və yaxud Xristianlıqda ana — Pravoslav Kilsəsində və Şərqi Katolik Kilsəsində İsanın anası Məryəm ana üçün istifadə edilən xristian dininə məxsus olan dini termindir. Yunanca Allah mənasını verən theos və dünyaya gətirmək mənasını verən tikto sözlərinin birləşməsindən əmələ gəlib, "Allahı dünyaya gətirən", "Allahın anası" mənasını verirPh. Schaff, H Wace Nicene and Ante-Nicene Fathers, II. XIV ("Excursus on the Word Θεοτόκος")J. F. Bethune-Baker, Nestorius and His Teachings: A Fresh Examination of the Evidence (1998), p. 58.
Bakirə Məryəmlə bağlı əsas xristian prinsiplərindən biri olub, onun Müqəddəs Üçlüyün ikinci şəxsi, bədəndəki Kəlam olan Allahın və dolayı yol ilə Theotokos və Allahın Anası olaraq İsa Məsihi dünyaya gətirməsi həqiqətini ifadə edirAddai and Mari, Liturgy of. Cross, F. L., ed. The Oxford Dictionary of the Christian Church. Oxford University Press. 2005. John Witvliet, "The Anaphora of St. James" in ed. F. Bradshaw Essays on Early Eastern Eucharistic Prayers, 1997. .
"Allahın Anası" ("Allahı dünyaya gətirən") ifadəsi nə anası, nə də atası olmayan (digər qədim dinlər mövcud olan Allahların anaları olan qədim ilahələrdən fərqli olaraq) əbədi Allah Atanın anası demək deyildir. Bunun əksinə olaraq, əksər xristianlar inanırlar ki, Kəlam olan Allah əbədi olaraq Ata Allahdan doğulsa da, o, Məryəm ananın enkarnasiyasıdır ("bədənindən doğulmuş"). Başqa bir sözlə ifadə edilərsə, Allah-insan İsa Məsihin iki təbiəti mövcuddur: ilahi — Ata Allahdan və insani — Məryəm anadan gələn.
Həmçinin bax Xristotokos
İstinadlar
Kateqoriya:Xristianlıq Kateqoriya:Teologiya Kateqoriya:Yunan dilində sözlər və ifadələr Kateqoriya:Xristian terminologiyası Kateqoriya:Qədim xristianlıq