Siyahı S/SŞəhidRütbəsiSQQısa tərcümeyi-halı1.Abbasov Azad Alı oğluəsgər38x38px|link=Azərbaycan Quru Qoşunları1968-ci ildə Basarkeçər rayonunun Zərkənd kəndində doğulub. Birinci Qarabağ müharibəsi zamanı Goranboydakı birinci batalyonda xidmət etmişdir. Şaumyankənd uğrunda gedən döyüşlərdə şücaət göstərmişdir. Azad Abbasov 1992-ci ilin yayında Sərsəng su anbarı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.2.Abbasov Bahadur Bayram oğluəsgər38x38px|link=Azərbaycan Quru Qoşunları1960-cı il 31 iyulda Naxçıvan şəhərində anadan olub. O, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri qismində I Qarabağ müharibəsinin bir sıra döyüşlərinə qatılıb. Azərbaycan Xalq Cəbhəsinin üzvü idi. O, 1992-ci il 24 may tarixində erməni tərəfi ilə əldə edilmiş razılıq əsasında meyidləri dəyişməyə gedərkən şəhid olub. Naxçıvan şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.3.Abbasov Cəsarət Adil oğluəsgər38x38px|link=Azərbaycan Quru Qoşunları4 aprel 1974-cü ildə Xocavənd rayonunun Muğanlı kəndində anadan olmuşdur. Orta təhsilini Muğanlı kəndindəki səkkizillik məktəbdə alan Cəsarət 1990-cı ildə Qarabağ müharibəsi zamanı Muğanlı kənd özünümüdafiə dəstəsinə qoşulmuşdur. 1992-ci ilin 2 oktyabrında Muğanlı kəndi düşmənlər tərəfindən işğal edildi. Həmin il Cəsarət Milli Ordu sıralarına yazıldı. Cəsarət Abbasov 17 mart 1993-cü ildə döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur. Ağcabədi Şəhidlər Xiyabanında dəfn edilmişdir.4.Abbasov Ədalət Ümüd oğluəsgər10 may 1964-cü ildə anadan olub. 1991-ci ilin 6 sentyabrında şəhid olub.5.Abbasov Qaytaran İbrahim oğluəsgər38x38px|link=Azərbaycan Quru Qoşunları12 yanvar 1964-cü ildə Zəngilan rayonunun Qıraq Müşlan kəndində anadan olub. 1979-cu ildə Zəngilan Qıraq Müşlan kənd tam orta məktəbində orta təhsilini başa vurub. Daha sonra Qaytaran Abbasov 114 saylı texniki peşə məktəbində təhsil alıb. Hərbi xidmətini başa vurduqdan sonra Abbasov Mingəçevir şəhərində elektrik quraşdırma idarəsində çalışıb. 12 dekabr 1992-ci ildə Azərbaycanın ağır günlərində Milli Ordunun sıralarına könüllü olaraq qatıldı. Qaytaran Abbasov həmin il Ağdam, Tərtər, Qubadlı və Zəngilan rayonu uğrunda gedən döyüşlərdə döyüşdü. 1992-ci ildə Qaytaran Abbasov "Zəngilan" Batalyonunda döyüşüb. Qaytaran Abbasov 16 may 1993-cü ildə 29 yaşında Zəngilan rayonu uğrunda gedən döyüşlərdə qəlpə yarası alaraq qəhrəmancasına şəhid olub. Zəngilan rayonunda Şəhidlar xiyabanında dəfn olunub. Qaytaran Abbasov ailəli idi. Sona adlı bir qızı yadigar qalıb.6.Abbasov Mehti Yusif oğlukapitan1 yanvar 1960-cı ildə Ermənistan SSR-də anadan olub. 1992-ci ilin 26 fevralında şəhid olub.7.Abbasov Nadir Əbi oğluəsgər14 iyul 1959-cu ildə anadan olub. 1993-cü ilin 31 dekabrında şəhid olub.8.Abbasov Rasim Abbas oğluəsgər38x38px|link=Azərbaycan Quru Qoşunları1973-cü ildə Şəmkir rayonunun Keçili kəndində anadan olmuşdur. 19 iyul 1992-ci ildə Ağdərənin Həsənriz məntəqəsi istiqamətində gedən döyüş zamanı şəhid olmuşdur.9.Abbasov Səhiyəddin İsmayıl oğlugizir38x38px|link=Azərbaycan Quru Qoşunları11 mart 1968-ci ildə Zəngilan rayonunun Gənlik kəndində anadan olub. 1985-ci ildə Zəngilan rayonu Genlik kənd tam orta məktəbində orta təhsilini başa vurub. Daha sonra Səhiyəddin Abbasov 114 saylı texniki peşə məktəbini bitirib. 1992-ci ildə isə Bakı Politexnik Məktəbini bitirib. Səhiyəddin Abbasov hərbi xidmətini Əfqanıstanda keçib. 1 mart 1993-cü ildə Azərbaycanın ağır günlərində Milli Ordunun sıralarına qatıldı. Səhiyəddin Abbasov bu müddət ərzində gizir rütbəsi alıb və taqım komandiri təyin olunub. Səhiyəddin Abbasov 11 aprel 1994-cü ildə Ağdərə rayonu uğrunda gedən döyüşlərdə qəlpə yarası alaraq qəhrəmancasına şəhid olub. Bakı şəhərində Şəhidlar xiyabanında dəfn olunub. Subay idi. "SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı, SSRİ-nin "Beynəlmiləlçi döyüşçüyə" döş nişanı ilə təltif olunub.10.Abdullayev Aleksandr Şaban oğluəsgər38x38px|link=Azərbaycan Quru Qoşunları 30 mart 1963-cü ildə Göyçə mahalının Qoşabulaq kəndində anadan olub. Atası azərbaycanlı anası Oksana isə rus olub. Atası milis kapitanı olub. 1988-ci ildən Aleksandr Abdullayev Xanlar rayonunda məskunlaşıb. Goranboyda yaxşı döyüşçü kimi tanınıb. 18 iyul 1992-ci ildə şəhid olub. Xanlar rayonunun Şəhidlər Xiyabanında dəfn olunub.Əbədiyyətə qovuşanlardan biri // Ziyəddin Məhərrəmov. "Unudulmaz sazlı-sözlü yurdumuz". Bakı, Çaşıoğlu, 2001. səh.227–22811.Abdullayev Daşdəmir Rəhim oğluəsgər38x38px|link=Azərbaycan Quru Qoşunları1976-cı il 20 yanvardə Xaçmaz rayonunun Müşqür qəsəbəsində anadan olub. 1994-cü ildə hərbi xidmətə yollanan Daşdəmir Abdullayev, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri qismində I Qarabağ müharibəsinin bir sıra döyüşlərinə qatıldı. O, 1994-cü ildə şəhid oldu. Əsgər Daşdəmir Abdullayev Xaçmaz rayonunun Müşqür qəsəbəsində dəfn olunub.12.Abdullayev İnkişaf Zülfüqar oğluəsgər17 avqust 1963-cü ildə anadan olub. 1994-cü ilin 26 iyununda şəhid olub.13.Abdullayev Nizami Şamuyar oğluəsgər38x38px|link=Azərbaycan Quru Qoşunları 6 sentyabr 1970-ci ildə Şirvan şəhərində anadan olub. 1978–1988-ci illərdə Astara rayonu Maşxan kənd orta məktəbində oxuyub. Hərbi xidmətdə ilk döyüşü Beyləqan ərazisində olub. 25 kəndin müdafiəsi və azad edilməsində iştirak edib. Daha sonra onun xidmət apardığı hərbi hissə Ağdam bölgəsinə köçürülüb. İgidimiz 8 yanvar 1994-cü ildə şəhidlik zirvəsinə ucalıb.14.Abdullayev Rəhman Qafar oğluəsgər38x38px|link=Azərbaycan Quru Qoşunları 31.01.1956-cı ildə Daşkəsən rayonunda anadan olmuşdur. 1981–1986-cı illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində ali təhsil almışdır. 1986–1993-cü illərdə Daşkəsən rayonunda yerləşən Filizsaflaşdırma kombinatında mühəndis kimi çalışmışdır. Rəhman Abdullayev 1976–1978-ci illərdə hərbi xidmətdə olmuşdur. 1993-cü il martın 18-də ehtiyatda olan zabit kimi milli ordu sıralarına çağırılmışdır. O, əvvəlcə 877 saylı hərbi hissənin motoatıcı taborunun bölük komandiri vəzifəsində xidmət etməyə başlamış, sonra isə düşmənin Füzuli rayonuna etdiyi hücumu ilə əlaqədər, ön cəbhədə gedən döyüşlərin şiddətlənməsi səbəbindən Rəhman Abdullayev tabeliyində olan bölüklə birlikdə 877 saylı hərbi hissədən Füzuli rayonunda yerləşən 702 saylı hərbi hissəyə göndərilmiş, motoatıcı briqadada motoatıcı taborun bölük komandiri vəzifəsində xidmətini davam etdirmişdir. Rəhman Abdullayev xidmət etdiyi hərbi hissənin düşmənlə təmas nöqtəsində yerləşməsi səbəbindən tabeliyində olan hərbi qulluqçularla birlikdə döyüşlərdə iştirak etmişdir. O, iştirak etdiyi döyüşlərdə bir neçə dəfə yaralanmış, lakin yenidən döyüşlərə qatılmışdır. Rəhman Abdullayev Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndinin işğaldan azad edilməsi uğrunda 1994-cü il yanvar ayının əvvəllərində yenidən döyüşlərə qatılmış və kəndin bir hissəsi işğaldan azad edilmişdir. Həmin döyüşlərdə erməni silahlı qüvvələri böyük itki verərək kənddəki mövqelərini bir qədər geri çəkməyə məcbur olmuşlar. 1994-cü il yanvar ayının 10-da düşmənin gecə saatlarında qəfildən etdiyi hücum zamanı Rəhman Abdullayev və tabeliyindəki cəbhə yoldaşları düşmən mühasirəsinə düşərək qəhrəmancasına şəhid olmuşlar. Rəhman Abdullayev ailəli olmuş və iki övladı yadigar olaraq qalmışdır.15.Abdullayev Şakir Əkbər oğluəsgər8 dekabr 1962-ci ildə anadan olub. 1993-cü ilin 28 dekabrında şəhid olub.16.Abdullayev Vaqif Muxtar oğluəsgər7 aprel 1969-cu ildə anadan olub. 1994-cü ilin 16 fevralında şəhid olub.17.Abdullayev Zeynal Səlim oğluəsgər7 mart 1969-cu ildə anadan olub. 1994-cü ilin 2 avqustunda şəhid olub.18.Abdulhəmidov Əbülfəz Nöhbala oğluəsgər38x38px|link=Azərbaycan Quru Qoşunları1970-ci il 15 apreldə Xaçmaz rayonunun Tel qəsəbəsində anadan olub. 1992-ci ildə hərbi xidmətə yollanan Əbülfəz Abdulhəmidov, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri qismində I Qarabağ müharibəsinin bir sıra döyüşlərinə qatıldı. O, 1992-ci ildə şəhid oldu. Əsgər Əbülfəz Abdulhəmidov, Xaçmaz rayonunun Tel qəsəbəsində dəfn olunub.19.Abdulrəhmanov Cavid Təvəkkül oğluəsgər38x38px|link=Azərbaycan Quru Qoşunları1972-ci il 26 noyabrda Şamaxı şəhərində anadan olub. Orta təhsilini 1989-cu ildə Şamaxı şəhərində yerləşən Cəmobəy Cəbrayılbəyli adına orta məktəbdə alan Cavid Abdurahmanov, daha sonra Bakı Kooperativ Texnikumuna daxil olsa da, I Qarabağ müharibəsi ilə əlaqədar təhsilini başa vurmalı oldu. 1992-ci ildə hərbi xidmətə yollanan və bir sıra döyüşlərə qatılan Cavid Abdurahmanov 1992-ci il 19 oktyabrda Kəlbəcər rayonunun Çıldıran kəndi uğrunda gedən döyüşlərdə şəhid olub. Şamaxı şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.20.Abiyev Məhərrəm Bürcəli oğluəsgər38x38px|link=Azərbaycan Quru Qoşunları 5 fevral 1973-cü ildə Astara rayonunun Vaqo kəndində anadan olub. 1991-ci ilin noyabrında ordu sıralarına çağırılıb. Altı aya qədər təlim məşqlərdə olub. Sonra isə döyüş bölgələrinə göndərilib. Ağdərə, Beyləqan, Ağdam, Füzuli və bir çox yaşayış məntəqəsinin müdafiəsində və düşməndən təmizlənməsində igidliklə döyüşüb. 11 dekabr 1993-cü ildə Məhərrəm Abiyev qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Oxuduğu Astara rayonunun Vaqo kənd tam orta məktəbinə onun adı verilib.21.Abudov Nəsimi Şahbala oğluəsgər38x38px|link=Azərbaycan Quru Qoşunları1969-cu il 10 sentyabrdə Xaçmaz rayonunun Çarxı qəsəbəsində anadan olub. 1993-cü ildə hərbi xidmətə yollanan Nəsimi Abudov, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri qismində I Qarabağ müharibəsinin bir sıra döyüşlərinə qatıldı. O, 1993-cü ildə şəhid oldu. Əsgər Nəsimi Abudov, Xaçmaz rayonunun Çarxı qəsəbəsində dəfn olunub.22.Abutalıbov Eyvaz Cəmil oğluəsgər38x38px|link=Azərbaycan Quru Qoşunları1959-cu il dekabrn 4-də Şuşada doğulmuşdur. Şuşa şəhəri 4 nömrəli orta məktəbdə oxumuşdur. Eyvaz 816 nömrəli Şuşa batalyonunun tərkibində Şuşanın müdafiəsi uğrunda iştirak etmişdir. 1992-ci il yanvarın 26-da Daşaltı əməliyyatı da şəhid olmuşdur. Şuşadakı Şuşa Şəhidlər Xiyabanında dəfn olmuşdur. Ailəli idi. Mahmud, Elvin, Elçin adlı üç övladı böyüyür.Kərim Kərimli. "Şuşamın kitabı", 201223.Abuzərov Elşən Abis oğluəsgər38x38px|link=Azərbaycan Quru Qoşunları1975-ci il 23 sentyabrda Xaçmaz rayonunun Nizova qəsəbəsində anadan olub. 1993-cü ildə hərbi xidmətə yollanan Elşən Abuzərov, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri qismində I Qarabağ müharibəsinin bir sıra döyüşlərinə qatıldı. O, 1993-cü ildə şəhid oldu. Əsgər Elşən Abuzərov, Xaçmaz rayonunun Nizova qəsəbəsində dəfn olunub.24.Ağayev Yaqub Əsgər oğluleytenant38x38px|link=Azərbaycan Quru Qoşunları 26 avqust 1965-ci ildə Astara rayonunun Artupa kəndində anadan olub. 1994-cü ildə könüllü olaraq cəbhəyə yollanıb. Əsas döyüşdüyü ərazi Füzuli bölgəsi olub. Böyük Seyidəhmədli kəndi uğrunda gedən döyüşlərdə qəhramancasına savaşan igidimiz 26 aprel 1994-cü ildə şəhidlik zirvəsinə ucalıb.25.Ağabalayev Akif Ağabala oğluəsgər38x38px|link=Azərbaycan Quru Qoşunları1974-cü il 13 mayda Xaçmaz şəhərində anadan olub. 1992-ci ildə hərbi xidmətə yollanan Akif Ağabalayev, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri qismində I Qarabağ müharibəsinin bir sıra döyüşlərinə qatıldı. O, 1992-ci ildə şəhid oldu. Əsgər Akif Ağabalayev Xaçmaz şəhərində dəfn olunub.26.Alxanov Alxan Əşrəf oğluəsgər38x38px|link=Azərbaycan Quru Qoşunları 1969-cu il 27 apreldə Şamaxı rayonunun Sabir qəsəbəsində anadan olub. 1992-ci ildə hərbi xidmətə yollanan və bir sıra döyüşlərə qatılan Alxan Alxanov, 1992-ci il 20 yanvarda Ağdam rayonu istiqamətində şəhid olub. Alxan Alxanov, Ağdam rayonunda dəfn olunub. Azərbaycan Prezidenti Heydər Əliyevin 16 sentyabr 1994-cü il tarixli 203 nömrəli fərmanı ilə ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.27.Allahquliyev Mahir Məhəmməd oğluəsgər1968-ci ildə iyunun 11-də Cəbrayıl rayonunun Xanağabulaq kəndində anadan olub. Anası Cəbrayıl rayonunun Dağtumas kəndindən olan ibtidai sinif müəllimi Rasta Hüseynova, atası aşıq Məhəmməd Allahquliyevdir. Mahir 1975-ci ildə Qazanzəmi kənd orta məktəbinə 1-ci sinifə daxil olur. 1985-ci ildə həmin məktəbi bitirib 1 il sonra hərbi xidmətə yollanır. Hərbi xidmətini Rusiyanın Stavropol şəhərində başa vurduqdan sonra 1988-ci ildə könüllü olaraq özünümüdafiə dəstəsində döyüşlərə qatılır. Mahir eyni zamanda Füzuli rayonunda yerləşən sürücülük
Źródło i licencja
Na podstawie: Wikipedia — Birinci Qarabağ müharibəsi şəhidləri (A) · historia autorów.
Tekst: CC BY-SA 4.0.
Informacja o opracowaniu
Usunięto składnię wiki i szablony; dłuższe teksty skrócono.