Azərbaycanın Milli Elmlər Akademiyası və ya qısaca: AMEA — Azərbaycan Respublikasında dövlətin təsis etdiyi ali elmi qurum, Respublikanın ali elmi idarəsi, Azərbaycan Respublikasında elmin inkişafının təmin edilməsində və elm sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak edən dövlət ali elmi təşkilat.

Akademiya qeyri-kommersiya hüquqi şəxsidir, öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, "Elm haqqında" Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikasının digər qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları rəhbər tutur.

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli Fərmanına əsasən çap mediası subyektinin təsisçisi ola bilən 10 dövlət orqanından biridir.

Tarixi Azərbaycan elminin, onun intellektual dəyərlərinin milli sərvət kimi qəbul edilməsində Azərbaycan Xalq Cümhuriyyətinin (1918–1920) mühüm rolu olmuşdur. Bakı Universitetinin yaranması, azərbaycanlı tələbələrin Avropa ali məktəblərinə göndərilməsi milli dilin, mədəniyyətin intişarı bütövlükdə Azərbaycan elminin inkişafına mühüm təsir göstərən amillərdən olmuşdur. 1920-ci ilin əvvəllərində respublikada elmi tədqiqatlar əsasən Azərbaycan Dövlət Universitetində (indiki BDU) mərkəzləşmişdi. 1920–1922-ci illərdə burada humanitar, tibb və təbiət bölmələrindən ibarət elmi assosiasiya təşkil edilmiş və fəaliyyət göstərmişdir.

1925-ci ildə Cəmiyyət Azərbaycan SSR Xalq Komissarları Sovetinin sərəncamına verildi.

1923-cü ildə elmi-tədqiqat işləri aparmaq üçün Nəriman Nərimanovun təşəbbüsü ilə yaradılmış Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti 1929-cu ilə qədər fəaliyyət göstərmişdi. Bu cəmiyyət respublikanın baş elmi müəssisəsi idi. İlk dövrdə cəmiyyətin tərkibinə Tarix, Etnoqrafiya, İqtisadiyyat və Təbiətşünaslıq bölmələri daxil edilmişdi. 1925-ci ildə Tarix-Etnoqrafiya bölməsindən Türkologiya bölməsi də yaradıldı. Ayrı-ayrı elm sahələri istiqamətində tədqiqatlar aparılması məqsədilə tarix, tarix-ədəbiyyat, etnoqrafiya, dilçilik, lüğətçilik, hüquq, sənaye, Xəzər dənizinin tədqiqi, təsviri incəsənət, teatr, musiqi və s. üzrə komissiya və yarımkomissiyalar təşkil edildi. Respublikanın Şamaxı, Gəncə, Lənkəran, Zaqatala və digər qəzalarında, o cümlədən Naxçıvan MSSR və DQMV-də cəmiyyətin bölmələri yaradıldı. 1925-ci ildə Cəmiyyət Azərbaycan hökumətinin sərəncamına verildi. Cəmiyyətin sədri Əbdürrəhim bəy Haqverdiyev, üzvlərindən biri isə Məhəmmədhəsən bəy Vəlili-Baharlı seçilmişdi. 1929-cu ildə bu cəmiyyət yenidən təşkil edilərək Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu (DETİ) adlandırılmışdı. İnstitutun təbiət, biologiya, tarix və etnoqrafiya, dilçilik, ədəbiyyat və incəsənət, fəlsəfə, Sovet Şərqi və xarici Şərq, dövlət və hüquq bölmələri var idi.

1932-ci ildə Azərbaycan DETİ əsasında SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Şöbəsi təşkil edildi. Şöbəyə R. Axundov rəhbərlik edirdi. Şöbədə 11 bölmə və bir neçə komissiya fəaliyyət göstərirdi. Bir sıra məşhur alimlər – F. Y. Levinson-Lessinq, İ. M. Qubkin, A. A. Qrossheym, N. Y. Marr, İ. İ. Meşşanov, A. N, Derjavin, İ. Q. Yesman, ilk Azərbaycan alimlərindən Bəkir Çobanzadə, Vəli Xuluflu, M. Əfəndiyev, Abdulla Tağızadə, Salman Mümtaz, Ağamir Məmmədov və başqaları burada elmi-tədqiqat işləri aparırdılar.

1935-ci ilin oktyabrında şöbə SSRİ EA Azərbaycan Filialına çevrildi. Filialın yanında mövcud bölmələr əsasında Kimya, Botanika, Zoologiya və Tarix, Etnoqrafiya və Arxeologiya, Dil və Ədəbiyyat Elmi-Tədqiqat institutları, habelə Energetika, Fizika, Geologiya, Torpaqşünaslıq sektorları yaradıldı. Filialın Rəyasət Heyətinin sədri əvvəl akad. İ. M. Qubkin, sonralar isə akad. S. S. Namyotkin oldu.

SSRİ Xalq Komissarları Sovetinin 1945-ci il 23 yanvar tarixli qərarı ilə filial Azərbaycan EA-na çevrildi. Bu vaxt akademiyanın 4 bölməsi, 16 elmi-tədqiqat institutu, elmi-tədqiqat şöbəsi, 3 muzeyi, mərkəzi elmi kitabxanası, Naxçıvan, Gəncə, Xankəndi və Qubada elmi bazaları var idi. Həmin il Azərbaycan EA-na 15 həqiqi üzv seçildi. Onun ilk heyətinə Ü. Hacıbəyov, S. Vurğun, M. İbrahimov, Y. Məmmədəliyev, M. Qaşqay, A. A. Qrossheym, S. Dadaşov, İ. Q. Yesman, M. Mirqasımov, Ş. Əzizbəyov, Ə. Əlizadə, M. Topçubaşov, M. Hüseynov, H. Hüseynov və İ. İ. Şirokoqorov daxil oldu. 1945-ci il martın 31-də akademiyanın həqiqi üzvlərinin ilk ümumi iclasında Mir Əsədulla Mirqasımov prezident seçildi. Sonrakı illərdə Yusif Məmmədəliyev (1947–1950, 1958–1961), Musa Əliyev (1950–1958), Zahid Xəlilov (1961–1967), Rüstəm İsmayılov (1967–1970), Həsən Abdullayev (1970–1983), Eldar Salayev (1983–1997), Fəraməz Maqsudov (1997–2000), Mahmud Kərimov (2001–2013), Akif Əlizadə (2013–2019), Ramiz Mehdiyev (2019–2022) Akademiyanın prezidenti olmuşlar. 2022-ci il 25 oktyabrda akademik İsa Həbibbəyli prezident seçilmişdir.

Akademiyanın 67 həqiqi üzvü və 101 müxbir üzvü var. Təsisçiləri Dadaşov Sadıq Ələkbər oğlu (1905-1946) Əlizadə Ələşrəf Əbdülhüseyn oğlu (1911-1985) Əzizbəyov Şamil Əbdülrəhim oğlu (1906-1976) Hacıbəyov Üzeyir Bəy Əbdülhüseyn oğlu (1885-1948) Hüseynov Heydər Nəcəf oğlu (1908-1950) İbrahimov Mirzə Əjdər oğlu (1911-1993) Məmmədəliyev Yusif Heydər oğlu (1905-1961) Mirqasımov Mirəsədulla Mir Ələsgər oğlu (1883-1958) Qaşqay Mirəli Seyidəli oğlu (1907-1977) Qrossheym Aleksandr Alfonsoviç (1888-1948) Şirokoqorov İvan İvanoviç (1869-1946) Topçubaşov Mustafa Ağabəy oğlu (1895-1981) Useynov Mikayıl Ələsgər oğlu (1905-1992) Vəkilov Səməd Yusif oğlu (1906-1956) Yesman İosif Qavriloviç (1868-1955)

900px|thumb|center|Azərbaycan SSR Elmlər Akademiyasının ilk Rəyasət Heyətinin həqiqi üzvləri (1945-ci il): Oturanlar (soldan sağa): Səməd Vurğun (1906–1956), İosif Yesman (1868–1955), Üzeyir Hacıbəyov (1885–1948), Ələşrəf Əlizadə (1911–1985), Elmlər Akademiyasının ilk prezidenti Mirəsədulla Mirqasımov (1883–1958), İvan Şirokoqorov (1869–1946), Aleksandr Qrossheym (1888–1948), Mustafa Topçubaşov (1895–1981); Ayaqüstə (soldan sağa): Yusif Məmmədəliyev (1905–1961), Mirzə İbrahimov (1911–1993), Şamil Əzizbəyov (1906–1976), Heydər Hüseynov (1908–1950), Mirəli Qaşqay (1907–1977), Sadıq Dadaşov (1905–1946), Mikayıl Hüseynov (Üseynov) (1905–1992)

Müasir dövr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 may 2002-ci il tarixli 81 saylı qərarına əsasən AMEA-da struktur dəyişikliyi edilmişdir.

İnformasiya Telekommunikasiya Elmi Mərkəzinin (İTEM) bazasında İnformasiya Texnologiyaları İnstitutu (İTİ), Radiasiya Tədqiqatları sektorunun (RTS) bazasında Radiasiya Problemləri İnstitutu (RPİ) yaradılmışdır. İTİ-nun əsas fəaliyyət istiqamətləri yeni informasiya texnologiyaları əsasında müxtəlif sahələrin informasiyalaşdırılması, intellektual kompüter şəbəkələri və sistemlərinin yaradılması, informasiya təhlükəsizliyinin təmin olunmasıdır. Radiasiya Problemləri İnstitutunun əsas fəaliyyət istiqamətləri radiasiya texnologiyası, radiasiya təhlükəsizliyi, qeyri-ənənəvi enerji çevrilmə problemləri, ekologiya, radioekologiyadır. AMEA-nın Rəyasət Heyəti aparatının şöbələrindən biri "Elm və təhsil" şöbəsidir.

AMEA-nın Rəyasət Heyəti aparatının şöbələrindən digəri "İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya", "Xarici əlaqələr və beynəlxalq təşkilatlarla iş" şöbələridir.

19 yanvar 2023-ci ildə AMEA-nın Rəyasət Heyətinin aparatında sənədlərin elektron dövriyyəsi sisteminin yaradılması, informasiya texnologiyalarından istifadənin imkanlarının elmdə və idarəetmədə genişləndirilməsi, kibertəhlükəsizliyinin təmin edilməsi və s. ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə AMEA-nın Rəyasət Heyəti aparatının strukturunda əlavə maliyyə vəsaiti və ştatlar tələb olunmadan daxili imkanlar hesabına “Elektron Akademiya” şöbəsi yaradılıb. 10 sentyabr 2025-ci ildə AMEA-nın Rəyasət Heyətinin qərarı ilə Rəqəmsal Akademiya, Süni intellekt və Elektron xidmətlər şöbəsi adlandırılıb.AMEA-nın “Elektron Akademiya” şöbəsinin adı dəyişdirilib

Üzv olduğu və əməkdaşlıq etdiyi təşkilatlar AMEA-nın təşəbbüsü və təşkilatçılığı ilə vaxtaşırı beynəlxalq elmi müşavirə və konfranslar keçirilir. Akademiya alimlərinin 604 kitabı, 4208 məqaləsi çap olunmuşdur, bunlardan 2427-si impaktfaktorlu elmi jurnallarda dərc edilmişdir. AMEA bir çox nüfuzlu beynəlxalq elmi təşkilatların üzvüdür, onun əməkdaşları MDB ölkələri, ABŞ, Yaponiya, İsrail, İsveçrə, İngiltərə, Almaniya, Pakistan, Türkiyə, İran və başqa ölkələrin aparıcı elm və təhsil müəssisələri ilə birgə proqram çərçivəsində tədqiqatlar aparır, kadr və informasiya mübadilələrində iştirak edirlər. 28 mart 2023-cü ildə vrasiya Universitetlər Birliyinin (EURAS) rəsmi üzvlüyünə qəbul edilib.

10 aprel 2023-cü ildə Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin geniş tərkibdə görüşü olmuşdur və Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması çərçivəsində “Azərbaycan Milli Elmlər Akademiyası və Qazaxıstan Respublikasının Milli Elmlər Akademiyası arasında elm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanmışdır. Sənədi Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli və “Qazaxıstan Respublikasının Milli Elmlər Akademiyası” Respublika İctimai Birliyinin prezidenti, akademik Murat Jurinov imzalayıblar.

5 iyul 2023-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası ilə Bolqarıstan Elmlər Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır. Müqavilə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli və Bolqarıstan EA-nın prezidenti, akademik Yulian Revalski tərəfindən imzalanmışdır.

Akademiya Qafqaz Universitetlər Birliyinin üzvüdür.Tüm Uyeler . kunib.com

Beynəlxalq Elmi Şuranın (ISC) tamhüquqlu üzvüdür.

23 iyul 2024-cü ildə AMEA Akademiyalararası Tərəfdaşlıq Assosiasiyasına (IAP) üzv seçilib. Tam üzvlük sertifikatı 2025-ci ildə keçiriləcək növbəti IAP Baş Assambleyası tərəfindən təqdim olunacaqdır.

Strukturu 300px|thumb| Azərbaycanın Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binası (İsmailiyyə Sarayı) Elmi bölmələri Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi; Kimya Elmləri Bölməsi; Yer Elmləri Bölməsi; Biologiya və Tibb Elmləri Bölməsi; Humanitar Elmlər Bölməsi; İctimai Elmlər Bölməsi. İnstitutları AMEA Əlyazmalar İnstitutu; AMEA Memarlıq və İncəsənət İnstitutu; AMEA Folklor İnstitutu; AMEA Ədəbiyyat İnstitutu; AMEA Dilçilik İnstitutu; AMEA Tarix və Etnologiya İnstitutu; AMEA Arxeologiya və Antropologiya İnstitutu; AMEA Fəlsəfə və Sosiologiya İnstitutu; AMEA Qafqazşünaslıq İnstitutu; AMEA Şərqşünaslıq İnstitutu; AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi Regional bölmələri AMEA Naxçıvan bölməsi AMEA Gəncə bölməsi Regional elmi mərkəzləri 350px|thumb|right|1892-1904-cu illərdə Bakının baş memarı olmuş İ.V.Qoslavski tərəfindən tikilmiş AMEA Əlyazmalar İnstitutunun binası AMEA Şəki Regional Elmi Mərkəzi AMEA Lənkəran Regional Elmi Mərkəzi AMEA Quba Regional Elmi Mərkəzi Tərkibindəki ictimai təşkilatlar Gənclər Akademiyası Qadınlar şurası Birləşmiş Veteranlar Şurası Azad Həmkarlar İttifaqı

Prezidentlər

Aşağıdakı siyahıda Azərbaycan Elmlər Akademiyasının yarandığı gündən bu günə kimi bütün prezidentlərinin siyahısı verilmişdir.