thumb|Bitrix (sağda) Heinrich Himmler (ortada) ilə bərabər Mauthausen-Gusen konsentrasiya düşərgəsini ziyarət edərkən, 1941-ci ilin iyun ayı

Vilhelm Bitrix (),İkinci Dünya müharibəsi zamanı Alman SS Obergruppenführer və Waffen-SS generalı olmuşdur.

Almaniyanın Harz dağlarında yerləşən Verniqerode şəhərində anadan olmuş olan Bitrix Birinci Dünya müharibəsi zamanı zabit və hərbi pilot kimi xidmət etmiş və eyni zamanda Fraykorun üzvü olmuşdur. 1939-cu ildə 1-ci SS Panzer Diviziyası "Leibstandarte SS Adolf Hitler" diviziyasına və 1934-cü ildə isə SS-Verfügungstruppeyə qoşulmuşdur. 1939-cu ildə baş vermiş olan Polşa yürüşündə və 1940-cı ildəki Fransa yürüşündə Deutschland Alayına (Almaniya alayı) komandirlik etmişdir.

Daha sonralar isə 2-ci SS Panzer Diviziyası "Das Reich" diviziyasının komandanlığına gətirilmişdir. 1944-cü ilin sentyabr ayında Niderlandda baş tutmuş olan Niderland əməliyyatı zamanı (Market Garden əməliyyatı kimi də adlandırılır) həyata keçirilmiş olan hava hücumlarında Müttəfiqlər tərəfindən yaxşı xatırlanır. O, həmçinin 2-13 aprel 1945-ci il tarixləri arasında baş tutmuş olan Vyanaya hücum əməliyyatı zamanı şəhərin müdafiəsinə cəlb edilmiş olan Alman korpusuna komandanlıq etmişdir.

8 may 1945-ci ildə Waffen-SS zabiti kimi həbs edildikdən sonra o, Fransaya ekstradisiya edilmiş və burada 5 il həbs cəzasına məhkum edilmişdir. 1953-cü ildə isə ikinci dəfə mühakimə olunsa da, 1954-cü ildə Bordo Fransa məhkəməsi tərəfindən bəraət almışdır.

19 aprel 1979-cu ildə isə Bavariyanın Volfratshauzen şəhərində yerli xəstəxanada vəfat etmişdir.

İstinadlar

Kateqoriya:Almaniya Kateqoriya:Nasist Almaniyası Kateqoriya:Adolf Hitler Kateqoriya:İkinci Dünya müharibəsi Kateqoriya:İkinci Dünya müharibəsində Almaniya hərbçiləri Kateqoriya:SS generalları Kateqoriya:Nasist Almaniyasının hökumət rəsmiləri Kateqoriya:Vermaxt generalları Kateqoriya:XIX əsr siyasətçiləri Kateqoriya:XX əsr Almaniya şəxsləri