thumb|Baqratın hakimiyyəti amansızlıq, enerji və şans ilə xarakterizə olunurdu. O, hətta padşah I Vaxtanqı da qabaqlamışdı. Baqratın hakimiyyəri dövründə 500 ildən sonra Gürcüstan birləşmiş, mərkəzləşmiş və xarici hökmranlıqdan azad olmuşdur. Baqrat 52 yaşında, 1014-cü ildə vəfat etmişdir. Onun oğlu Georgi də özü kimi, vahid Gürcüstan taxtına çıxan azyaşlı padşah olmuşdur.Rayfield (2013) location: 1500
Gürcüstan çarlığının birləşdirilməsi () — X əsrdə müxtəlif gürcü taclarının 1008-ci ildə Gürcüstan çarlığı və ya Sakartvelo adı altında mərkəzləşdirilmiş hökumətlə vahid səltənətdə birləşməsi ilə nəticələnən siyasi hərəkat idi. Bu, ilkin olaraq eristavların lokal güclü aristokratiyası tərəfindən, gürcü monarxları arasında əsrlər boyu davam edən hakimiyyət mübarizələri və aqressiv vərəsəlik müharibələri nəticəsində, onların klassik antik dövrün müstəqil idarəçilik ənənələrindən, həmçinin Kolxida və İberiyada ellinizm dövründə formalaşmış monarxiya quruluşlarından irəli gəlirdi.
Bu təşəbbüs həmin dövrdə Qafqazın ən qüdrətli hökmdarı olan, Baqrationi sülaləsinin nümayəndəsi III Böyük David tərəfindən dəstəklənmişdi. O, öz qohumu və övladlığa götürmüş olduğu oğlu şahzadə Baqratı İberiya taxtına keçirmişdir. Nəticədə, Baqrat bütün Gürcüstanın kral tacını daşımışdır.Suny, p. 32 Davidin Baqrationi nəslindən olan davamçıları da Rürikoviçlər və ya Kapetinqlər kimi milli birləşmə narrativinin əsas fiquru olmuşdular,Rapp & Crego, 12-I, p, 3Eastmond, p. 61 lakin onların səylərinə baxmayaraq, birləşmə hədəflərindən olan bəzi gürcü dövlətləri sərbəst şəkildə birləşməyə qoşulmamışdılar və fəal şəkildə buna qarşı olmuşdular. Onlar bu proses boyunca ona qarşı mübarizə aparmış, daha çox Bizans imperiyasından və Abbasi xilafətindən kömək və dəstək axtarmışdılar. 1008-ci ildə Gürcüstanın birləşdirilməsi qərbi və mərkəzi Gürcüstan torpaqlarının əksəriyyətini birləşdirmişdir, lakin proses şərqə doğru davam etmiş və nəhayət çar IV İnşaatçı Davidin rəhbərliyi altında tam başa çatmışdır.Suny, p. 36 Torpaqların bu misli görünməmiş dərəcədə siyasi formada birləşməsiRapp (2016) location: 492 və Baqrationi gücününRapp & Crego, 4, p, 3 meteorik formada yüksəlişi Gürcüstanın Qızıl dövrünün başlanmasına, həmçinin orta əsrlərdə yeganə panqafqaz imperiyanın yaradılmasına gətirib çıxarmışdır.Rapp (2016) location: 453Rapp (2017) p, 16
Tacın mərkəzləşdirici gücü XIV əsrdə zəifləməyə başlamış və çar V Georginin dövründə qısamüddətli bərpa prosesi müşahidə olunmasına baxmayaraq,Rapp & Crego, 12-I, p, 4 birləşmə çox dayana bilməmişdi. Birləşmiş səltənət monqolların və Əmir Teymurun işğalından sonra məhv olmuş, XV əsrdə onun tamamilə dağılmışdır.Rapp (2017) pp, 19-20
Zəmin Sasanilər imperiyası Gürcüstan monarxiyasını ləğv etmiş və 580-ci ildə İberiya çarlığını özünə birləşdirmiş,Rapp (2017) pp, 1-2 onu fars mərzbanları tərəfindən idarə olunan və daha sonra lokal iber şahzadələrinin rəhbərliyi altında olan Sasani vilayətinə çevirmişdir.Suny, p. 30 VIII əsrdə ərəblər Gürcüstan torpaqlarını işğal edərək Tiflis əmirliyini qurmuşdular. Gürcü knyazları Uplissixe və Kaxetiyə qaçmışdılar.Suny, p. 29
Qeydlər
Mənbə İstinadlar
Ədəbiyyat
Rapp, S. H. Jr. (2016) The Sasanian World Through Georgian Eyes, Caucasia and the Iranian Commonwealth in Late Antique Georgian Literature, Sam Houston State University, USA, Routledge, Rapp, S. H. Jr. & Crego, P. (2018) Languages and Cultures of Eastern Christianity: Georgian, Taylor & Francis, Rapp, S. H. Jr. (2003) Studies in Medieval Georgian Historiography: Early Texts and Eurasian Contexts, Peeters Publishers, Rapp, S. H. Jr. (2017) Georgia before the Mongols, Oxford Research Encyclopedias: Asian History, Oxford University Press, David Ludden ed. Published OUP Online Rayfield, D. (2013) Edge of Empires: A History of Georgia, Reaktion Books, Suny, R. G. (1994) The making of the Georgian nation, Indiana University Press, The Georgian Chronicles, Life of the Georgian kings, royal annals Eastmond, A. (1998) Royal imagery in medieval Georgia, Pennsylvania State University,
Kateqoriya:XI əsrdə Gürcüstan Kateqoriya:Milli birləşmələr Kateqoriya:Baqrationlar