Tbilisi şəhərində yerləşən naməlum əsgər abidəsi () - Gürcüstanın paytaxtı Tbilisi şəhərində 1981-ci ildə inşa edilmiş naməlum əsgər abidəsi. Abidə və memorial kompleksi Trialeti silsiləsinin açıq yamacında yerləşən Vəke Parkının ərazisində yerləşir.

Məlumat

Gürcüstanın paytaxtı Tbilisi şəhərindəki Vəke Parkında 1981-ci ildə açılışı olmuş memorial kompleksi və abidə İkinci Dünya müharibəsi zamanı Qırmızı Orduda xidmət etmiş və həlak olmuş yüzminlərlə gürcü əsgərinin xatirəsinə ucadılmışdır. Abidənin açılışı Gürcüstan Sovet Sosialist Respublikasının almaz yubileyi hesab olunan elan edilməsinin 60-cı ili münasibəti ilə Sov. İKP MK-nın Baş katibi Leonid Brejnev və Gürcüstan Kommunist Partiyası MK-nın birinci katibi Eduard Şevardnadzenin iştirakı ilə açılıb.

1981-1985-ci illərdə gürcü heykəltaraş və rəssam Giorgi Oçhiauri tərəfindən naməlum əsgər məzarının ətrafında qoyulmuş heykəllər hazırlanmışdır. Həmin heykəllər 2009-cu ildə Qori qalasına köçürülüb.

Məzarda əbədi məşəl yerləşdirilib, eləcə də həlak olmuş əsgərlərin xatirəsinə heykəllər və ilahə Kali Manın (qara ana) yüksələn fiquru təsvir edilib. İkinci Dünya müharibəsində iştirak etmiş gürcü əsilli veteranlar və şəhər sakinləri 9 May Qələbə Günü münasibəti ilə abidəni hər il ziyarət edirlər. Xarici liderlər də Gürcüstana etdikləri rəsmi səfərlər zamanı məzar kompleksinin önünə əklililər qoyublar. Kompleks Leonid Brejnev, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının 71-ci baş naziri Marqaret Tetçer və Belarus Respublikasının 1-ci Prezidenti Aleksandr Lukaşenko tərəfindən ziyarət edilib.

Qalereya

İstinadlar

Kateqoriya:Tbilisi tikililəri Kateqoriya:Tbilisidəki heykəllər Kateqoriya:Tbilisinin görməli yerləri Kateqoriya:Tbilisinin hərb tarixi