Azərbaycan İkinci Liqası 2024/2025 — Azərbaycan Peşəkar Futbol Liqası tərəfindən təşkil olunan, Azərbaycanın ən yüksək 3-cü futbol liqası olan Azərbaycan İkinci Liqasının ikinci mövsümü. II Liqa 2024-cü ilin 1 sentyabrında start götürmüşdür.
Komandalar Azərbaycan İkinci Liqasında 2024/2025 mövsümündə 14 komanda mübarizə aparır.
Ağdaş FK Araz Saatlı FK Dinamo (Bakı) Füzuli FK Göygöl FK Hypers FC (Quba) Kür-Araz (İmişli) Lerik PFK Qusar FK Sheki City FK Şahdağ Qusar FK Şəfa FK Şəmkir PFK Şimal FK
Liqanın püşkatma mərasimi 13 avqust tarixində AFFA-nın inzibati binasında baş tutub.
Turnir cədvəli <onlyinclude>
Nəticələr Klublar bir-biri ilə 2 dəfə, ümumilikdə 26 matç keçirib.
1–26-cı turun matçları
31 avqust 2024-cü ildə I turunun "Hypers Guba" – "Saatlı-Araz" oyununda "Hypers Guba" komandasının heyətində protokolda adı olmayan 99 nömrəli futbolçu Hakan Həsənov oyuna daxil olduğuna görə "Hypers Guba" komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib, "Hypers Guba" komandası 400 manat cərimə edilib.
2 sentyabr 2024-cü ildə I turunun "Sheki City" – "Şəmkir" oyununun 84-cü dəqiqəsində "Sheki City" komandasının heyətində protokolda adı olmayan 77 nömrəli futbolçu Ramin Məmmədov oyuna daxil olduğuna görə "Sheki City" komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib, "Sheki City" komandası 400 manat cərimə edilib.
Baş tutmamış oyunlar VII turun 17 oktyabr 2024-cü il tarixli "Şəfa" – "Lerik" oyunu "Lerik" komandasının görüşə gəlməməsi səbəbindən baş tutmayıb, "Lerik" komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib, həmçinin 300 manat cərimə edilib.
XII turun 18 dekabr 2024-cü il tarixli "Qusar" – "Şahdağ Qusar" oyununda "Qusar" komandası təyin edilmiş vaxtda meydançaya gəlmədiyinə görə komnadaya 0:3 hesablı texniki məğlubiyyət verilib.
XIV turun 28 fevral 2025-ci il tarixli "Şahdağ Qusar" – "Kür-Araz" oyununda "Kür-Araz" komandası təyin edilmiş vaxtda stadiona gəlmədiyinə görə komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib. Eyni turun 1 mart 2025-ci il tarixli "Ağdaş" – "Şimal" oyununda isə "Ağdaş" komandası vaxtında stadionu hazır vəziyyətə gətirmədiyinə, oyun günü planını pozduğuna, eyni zamanda oyunun başlama vaxtından 45 dəqiqə sonra Təcili Tibbi Yardım avtomobili olmadığına görə matç baş tutmayıb, İntizam Komitəsinin qərarına əsasən "Ağdaş" komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.
Statistika 2024/25 mövsümündə İkinci Liqanın oyunları ümumilikdə 31 930 tamaşaçı tərəfindən izlənilib, oynanılan 178 oyun üçün ortalama tamaşaçı sayı 179 nəfər təşkil edib. Tamaşaçı baxımından ən yüksək göstərici "Hypers Guba" komandasında olub, komandanın oyunlarını ümumilikdə 7 680 nəfər tamaşaçı izləyib. Mövsümün tamaşaçı rekordu 4 500 nəfər olmaqla 24-cü turun "Şəfa" – "Şahdağ Qusar" matçında qeydə alınıb.
Futbolçular üzrə göstəricilər
Bombardirlər
1 Vidadi CəfərovŞəmkir312 Cavid İmamverdiyevHypers Quba303 Amil YunanovŞəfa264 Elxan MəmmədovKür-Araz235 Elvin NəsibovŞəfa226 Elariz XəlilliAraz Saatlı207 Famil CamalovŞahdağ Qusar168 Pərviz AzadovŞimal149 Tural QurbatovŞahdağ Qusar1310 Tofiq NəsibovŞimal11 Nurlan NovruzovHypers Quba1212 Ramazan AbbasovKür-Araz1013 Şahin ƏliyevDinamo Bakı14 Elgün Abbaslı Füzuli
Yüksəlmə/düşmə pley-offları
Yüksəlmə pley-off Birinci Liqada 9-cu yeri tutmuş "Difai" komandası İkinci Liqanı 4-cü pillədə tamamlamış olan "Hypers Guba" komandası ilə növbəti mösümdə Birinci Liqaya vəsiqə uğrunda pley-off matçında qarşılaşıb. 28 may saat 16:00-da ASCO Arenada keçirilmiş matçda "Difai" "Hypers Guba" üzərində 1-3 hesablı qələbə qazanaraq 2025/26 mösümündə Birinci Liqada oynamaq hüququnu saxlayıb, "Hypers Guba" isə İkinci Liqada qalıb.
Düşmə pley-off İkinci Liqada 13-cü yeri tutmuş "Lerik" komandası Region Liqasını 2-ci pillədə tamamlamış "Şirvan" komandası ilə növbəti mösümdə İkinci Liqaya vəsiqə uğrunda pley-off matçında qarşılaşıb. 29 may saat 16:00-da ASCO Arenada keçirilmiş matçda "Şirvan" "Lerik" üzərində 3-2 hesablı qələbə qazanaraq 2025/26 mösümündə İkinci Liqada oynamaq hüququ əldə edib, "Lerik" isə Region Liqasına düşüb.
Həmçinin bax Azərbaycan Premyer Liqası 2024/2025 Azərbaycan Birinci Liqası 2024/2025 2024/2025 Azərbaycan Kuboku
İstinadlar Kateqoriya:2024/2025 mövsümündə Azərbaycanda futbol