– Yaponiya siyasətçisi. 2024-cü ildə Kumamoto prefekturasının qubernatoru seçilmişdir. Liberal Demokrat Partiyasının üzvüdür.
İlk illəri 21 may 1974-cü ildə Tokioda doğulmuşdur. 1981-ci ildə ibtidai məktəbdə oxumağa başlamışdır. 1987-ci ildə liseyə keçmişdir. 1994–1999-cu illərdə Tokio Universitetinin hüquq fakültəsində təhsil almışdır.
Siyasi karyerası Tokio Universitetindən məzun olduqdan sonra Daxil İşlər və Kommunikasiyalar Nazirliyinə daxil olmuş və Okayama prefekturasında işləməyə başlamışdır. 2004-cü ildə Tottori prefekturasına təyin olunmuşdur. 2012-ci ilin iyulunda Kumamoto prefekturasının hökumətində fəaliyyət göstəməyə başlamışdır. 2016-cı ildə Daxil İşlər və Kommunikasiyalar Nazirliyindəki vəzifəsinə qayıtmış, Kumamoto zəlzələsinin fəsadlarını aradan qaldırmaq üçün dəstək göstərmişdir.
2020-ci ilin oktyabrında Kumamoto prefekturasının vitse-qubernatoru təyin olunmuşdur. Bu vəzifəni yetirərkən prefekturada rifah xidmətlərinin inkişafı üçün işlər görmüş, Tayvanın "TSMC" şirkəti ilə əməkdaşlıq etmişdir. 24 mart 2024-cü ildə Kumamotoda keçirilmiş qubernatorluq seçkilərində iştirak etmiş, Kumamoto şəhərinin meri olan Seyşi Koyama kimi rəqibləri qabaqlayaraq yeni qubernator seçilmişdir. O, Kumamoto prefekturasının son 16 ildəki ilk yeni qubernatoru olmuşdur.
Şəxsi həyatı 1999-cu ildə Okayamada işləyərkən məktəb müəllimi olan gələcək həyat yoldaşı ilə tanış olmuş və 2002-ci ildə onunla evlənmişdir. Həyat yoldaşı hazırda Kumamoto prefekturasında yerləşən özəl liseydə dərs deyir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Kumamoto prefekturasının şəxsləri Kateqoriya:Yaponiya siyasətçiləri