İv Şoven - İv Şoven (fransızca Yves Chauvin, 10 oktyabr 1930 il, Menen Belçika - 28 yanvar 2015 il, Tur ) Fichier des personnes décédées— fransız kimyaçısı, kimya üzrə 2005-ci ildə "Üzvi sintezdə metatezis üsulunu təkmilləşdirdiklərinə görə" Nobel mükafatı laureatı alıb.

Fransa Elmlər Akademiyasının 1996-cı ildən müxbir üzvü , 2005-ci ildən isə  üzvü olmuşdur Les membres du passé dont le nom commence par C Архивная копия от 25 июля 2020 на Wayback Machine (фр.).

Bioqrafiyası İv Şoven 1930-cu il 10 oktyabrda  Belçikanın Menen şəhərində anadan olub, valideynləri buradan 1939-cu ildə Fransanın Tur şəhərinə köçüblər. O, 1954-cü ildə Lion Ali Fizika, Kimya və Elektronika Məktəbini bitirmişdir. 2005-ci ildə İ.Şoven amerikalı alimlər Robert Qrabbs və Riçard Şrok ilə birlikdə “Üzvi sintezdə metatezis metodunun inkişafına verdiyi töhfəyə görə” Nobel mükafatına layiq görülmeşdü. 1970-ci illərdə İ.Şovin tərəfindən Olefin metatezisinə dair tədqiqatlar aparılmışdır.

İv Şoven ilkin bəyanata görə mükafatdan Keine Freude: Nobelpreisträger findet Auszeichnung peinlich — SPIEGEL ONLINE — Nachrichten — Wissenschaft. Дата обращения: 12 сентября 2009. Архивировано 21 августа 2006 года. imtina barədə məlumat verməsinə  baxmayaraq, yenə də mükafatı qəbul etdi.

1990-cı ildə ikifazalı kataliz üçün ilk dəfə olaraq ion mayelərindən İv Şoven istifadə edərək tədqiqatlar aparmışdır Chauvin, Yves; Gilbert, Bernard; Guibard, Isabelle. Catalytic dimerization of alkenes by nickel complexes in organochloroaluminate molten salts. (англ.) // Chemical Communications[англ.] : journal. — 1990. — Vol. 23. — P. 1715—1716..

İ.Şoven Fransa Neft İnstitutunun fəxri elmi direktoru olub. 2005-ci ildə "Şərəf ordeni” ilə təltif edilmişdi.

Mükafatları

2005-ci ildə - Kimya üzrə Nobel Mükafatı 2008-ci ildə - SEP Böyük Qızıl Medalı Fransanın Fəxri Böyük Xaç Cəngavər Ordeni və Fransanın Fəxri Böyük Zabiti Ordeni ilə də təltif olunub .

İstinadlar