thumb|"Unzen dağı payızda", Nukina Kayoku.|180px və ya əsl adı ilə Nukina Kane – Yaponiya rəssamı, xəttatı, konfusiçi alimi. Nanqa üslubunda rəsmlər çəkmişdir.

Həyatı Ava əyalətində (indiki Tokuşima prefekturası) samuray ailəsində doğulmuşdur. Gənc yaşlarında xəttatlıq və Kano üslubunun rəssamlığını öyrənməyə başlamışdır. Daha sonra Koya dağında buddizm və Edo şəhərində konfusiçilik dərsləri almışdır. Zen rahibi Hidaka Tetsuodan Çin ədəbi rəssamlığını öyrənmək üçün Naqasakiyə səyahət etmişdir. Daha sonra Kiotoya köçmüş, burada konfusiçilik məktəbi açmış, rəssamlıq və yazıçılıq ilə məşğul olmuşdur.

Ömrünün axırlarında Kiotonun ən yaxşı xəttatı hesab olunurdu. Yamamoto Bayitsu və Nakabayaşi Çikuto kimi rəssamların daxil olduğu sənətçi qruplaşmasının üzvü olmuşdur.

Üslubu Kayoku mühafizəkar Çin ədəbi ənənələrini izləmiş, peyzaj rəsmləri üçün Çin rəssamlığından təsirlənmişdir. Onun kompozisiyaları Ni Tszanın əsərlərini xatırladır, lakin o, satin üzərində sulu fırça işlərinə üstünlük vermişdir. Xəttatlıqda isə Kukayın işlərini bəyənmiş, lakin əsasən Çinin Tan sülaləsinin ustalarından təsirlənmişdir.

Qeydlər

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Yaponiya xəttatları Kateqoriya:Yaponiya rəssamları Kateqoriya:Yaponiya konfusiçiləri Kateqoriya:Edo dövrü şəxsləri