Qarabağlılar — Azərbaycan Respublikasının Tovuz rayonunun Qəribli kənd inzibati ərazi dairəsində kənd.
Toponimikası Mənşəyinə görə qədimdən Qazax zonasında yaşamış qarabağlar tayfasının adı ilə bağlıdır. Qarabağlar erkən orta əsrlərdə Gürcüstan, Qafqaz Albaniyası və Ermənistan sərhədlərində yaşayan albanların qolunun adıdır. Ümumiyyətlə, Qarabağ/Qarabağlar/Qarabağlılar adları Azərbaycanda çox geniş yayılmışdır. Belə ki, Azərbaycanın böyük bölgəsi olan Qarabağ mahalından başqa, Naxçıvan ərazisində, Ağstafa, Ağsu, Qazax, Şirvan, Göyçay, Oğuz, Göygöl, Xaçmaz, Salyan və başqa rayonlarda bu adda kəndlər qeydə alınmışdır. Qarabağlıların, eyni zamanda Cənubi Azərbaycanda, Türkiyədə, Əfqanıstanda, İranda yaşadıqları haqqında məlumatlar vardır. Bu ada ilk dəfə Gəncəli Kirakosun (1201–1256) "Tarix" əsərində rast gəlinir. Bir qədər sonra (1284) Rəşidəddin də bu etnonim haqqında məlumat vermişdir.
Tarixi
Tarixi abidələri Qarabağlılar kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: İnventar № Abidənin adı Tarixi Yerləşdiyi ünvan Növü Əhəmiyyət dərəcəsi5198Məbəd Qeyd olunmayıbQarabağlılar kəndiMemarlıqYerli
Coğrafiyası və iqlimi Kənd dağətəyi ərazidə yerləşir.
Əhalisi İl Daimi əhali Kişilər Qadınlar19992921291632009↗332↗167↗165
İqtisadiyyatı
Mədəniyyəti Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Təhsil Kənddə təhsil müəssisəsi mövcud deyil.
Din Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Səhiyyə Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
İstinadlar
Xarici keçidlər
Həmçinin bax
Kateqoriya:Tovuz rayonunun kəndləri Kateqoriya:Qəribli (Tovuz) kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri