Fabiyan Buntiç (, ) — Xorvatiyalı futbolçu. Ağdamın Qarabağ klubunda qapıçı kimi çıxış edir.

Almaniyada anadan olub, Xorvatiyanın aşağı yaş milli komandalarında çıxış edib.

Karyera

Klub Buntiç Ştutqart klubunun yetirməsidir. Ancaq "Ştutqart" klubunun əsas heyətində heç bir rəsmi oyuna çıxmayıb.

2016-cı ildə azad agent kimi "İnqolştadt 04" klubuna keçir. 1 dekabr 2018-ci ildə "Hamburq" klubuyla matçda yeni klubunda debüt edir. 6 fevral 2021-ci ildə, Fabian, "Viktoriya Köln" klubu ilə baş tutan matçın əlavə vaxtında qol vurur. Onun vurduğu bu qol "İnqolştadt 04" klubuna qələbə qazandırır.

2022-ci ildə Portuqaliyanın "Vizela" klubuna transfer edilir. 6 avqust 2022-ci ildə "Rio Ave" klubu ilə matçda Buntiç "Vizela" klubunda ilk oyununu keçirir.

10 iyun 2024-cü ildə "Qarabağ" klubuna transfer edilir. Klubla Almaniya vətəndaşlığına malik xorvat qolkiper arasında üç illik müqavilə imzalanır.

Milli komanda Almaniyada anada olsa da xorvat əsilli olduğu üçün Xorvatiya milli komandasını seçib. 2014-cü ildə Xorvatiyanın 18 yaşadək futbolçulardan ibarət milli komandasına dəvət edilib. 2 il müddətində Xorvatiyanın aşağı yaş milli komandalarında çıxış edib. Xorvatiyanın U18 milli komandasında 7, Xorvatiyanın U19 milli komandasında isə 6 oyunda meydana çıxıb.

İstinadlar

Kateqoriya:Almaniya futbolçuları Kateqoriya:Xorvatiya futbolçuları Kateqoriya:Qarabağ FK futbolçuları Kateqoriya:Xorvatiya U-18 milli futbol komandası futbolçuları Kateqoriya:Xorvatiya U-19 milli futbol komandası futbolçuları Kateqoriya:Xorvatiyanın kişi futbolçuları Kateqoriya:Portuqaliya Premiera Liqası futbolçuları Kateqoriya:Almaniyanın kişi futbolçuları Kateqoriya:Regionalliqa futbolçuları Kateqoriya:2. Bundesliqa futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Azərbaycanda legioner Xorvatiya idmançıları Kateqoriya:Azərbaycandakı əcnəbi kişi futbolçular Kateqoriya:Kişi futbol qapıçıları Kateqoriya:Portuqaliyadakı əcnəbi kişi futbolçular