Seyran Muşeqi Ohanyan () — Ermənistanın sabiq müdafiə naziri. Birinci Qarabağ müharibəsi iştirakçısı, Xocalı soyqırımını törədənlərdən biri. İkinci Qarabağ müharibəsi iştirakçısı.

Həyatı Seyran Ohanyan 1 iyul 1962-ci ildə Şuşa şəhərində anadan olub. 1983-cü ildə Bakıdakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib.

Birinci Qarabağ müharibəsinin əsas simalarından biridir. Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan torpaqlarının işğalı və kütləvi qətllərdə, o cümlədən Xocalıda dinc əhaliyə divan tutulmasında fəal iştirak edib və soyqırımın rəhbərlərindən biri olub. Bu səbəblə barəsində İnterpol xətti ilə beynəlxalq axtarış elan olunub.

1999–2007-ci illərdə qondarma "DQR"in "müdafiə naziri", 2007–2008-ci illərdə Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi olub.SEYRAN OHANYANIN DAĞLIQ QARABAĞDA XİDMƏT EDƏN OĞLU AVTOMOBİL QƏZASINA DÜŞÜB 2008–2016-cı illərdə Ermənistanın müdafiə naziri olmuşdur.

İkinci Qarabağ müharibəsi zamanı təkrar Azərbaycana qarşı döyüşmək üçün "Qondarma Dağlıq Qarabağ Respublikası"na gəlmişdir. 6 noyabr 2020-ci ildə Azərbaycan Ordusunun həmlələri nəticəsində o və oğlu ağır şəkildə yaralanmışdır.

İstinadlar

Mənbə Xocalı soyqırımını törədən şəxslərdən biri olan Seyran Ohanyan Ermənistan ordusunun komandanı təyin edilib

Kateqoriya:Ermənistan müdafiə nazirləri Kateqoriya:Ermənistan hərbçiləri Kateqoriya:Ermənistan tərəfindən İkinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:Ermənistan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:Azərbaycan erməniləri Kateqoriya:Xocalı soyqırımını törədənlər Kateqoriya:366-cı motoatıcı alay Kateqoriya:1-ci dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" medalı ilə təltif edilənlər (Ermənistan) Kateqoriya:Ermənistan generalları