Mariya Kirilyuk () – Azərbaycan voleybolçusu. Azərbaycan milli komandasının üzvüdür. Azərbaycan, Çin, Rusya komandalarında orta blokçu mövqeyində çıxış etmişdir.

Karyerası Mariya Kirilyuk 2016/17- 2017/18-ci illərdə "Lokomotiv Bakı"da iştirak edərək 2 dəfə 4-cü yeri tutmuşdur. 2018/19-cu illərdə Azərbaycan Superliqasında 1-ci yeri, Avropa Qızıl Liqasında 11-ci yeri, Avropa Çempionatında 10-cu yeri, Çağırış kubokunda isə 17-ci yeri qazanıb. 2020/21-ci illərdə Dünya Olimpiya Təsnifatı 2021-də 3-cü yer, Avropa Olimpiya Təsnifatı 2021-də 8-ci yer, Avropa Qızıl Liqasında 10-cu yer, Savariya kubokunda 4-cü yer, Avropa Çempionatında 24-cü yeri tutmuşdur.

2021/22-ci illərdə Rusiya kubokunda 8-ci, Rusiya Superliqasında 13-cü yeri tutmuşdur. 2023-cü ildə Azərbaycan millisi ilə Avropa çempionatında yarışmışdır. Həmin il "Severyanka" klubunda çıxış edərək Rusiya birinciliyinin Yüksək A Liqasında gümüş medal qazanmışdır. 2024-cü ildə Azərbaycan millisi ilə Qızıl Avropa Liqasında çıxış etmiş, komandası ilə 8-ci yeri tutmuşdur.

Klublar İllərKomandalar2016/17–2017/18 "Lokomotiv" (Bakı)2018/19–2018/19 "Azərreyl" (Bakı)2019/20–2019/20 "Mübariz SK" 2021/22–2021/22 "Sparta Nijnı-Novqorod"2022/23–2022/23 "Şenjen Jonsay"'2022/23–2022/23 "Severyanka Çerepovets" 2023/24–2023/24 "Şenjen Jonsay"2023/24– "Abşeron"

İstinadlar

Kateqoriya:Azərbaycanın qadın voleybolçuları‎ Kateqoriya:Lokomotiv Bakı VK voleybolçuları Kateqoriya:Azərreyl Bakı QVK voleybolçuları