Qovlarsarı — Azərbaycan Respublikasının Samux rayonunun Qovlarsarı kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası 1808-ci ilə aid mənbədə Qovluarx formasında da yazılmışdır. Oykonim hidronimdən törəmədir. Kəndin adı qovlar (etn.) və sarı (qov tayfasının sarılı tirəsinin adı) sözlərindən ibarətdir. Həmin tayfalar Qovluarxın sahilində məskən saldıqlarından Qovlarsanlı (-lı şək.-sinin çoxkomponentli oykonimlərdə düşməsi qanunauyğun haldır) adlandırılmışdır. Tədqiqatçıların fikrincə, bu oykonim "Qovlar tayfasının san tirəsinə məxsus kənd" deməkdir. Yerli məlumata görə isə, kəndin adı Tovuz rayonundakı Qovlar qəsəbəsindən köçüb gəlmiş Sarı (Qovlarlı Sarı) adlı şəxsin adındandır.

Coğrafiyası və iqlimi Kənd Gəncə-Qazax düzənliyində yerləşir.

Əhalisi Əhalisinin sayı 1298 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010. Kəndin əhalisi eymur türklərindən (ayrımlardan) ibarətdir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Samux rayonunun kəndləri