və ya doğum adı ilə Miyake Yuciro – Yaponiya filosofu, tarixçisi, jurnalisti və publisisti. Yaponiyanın Qərb dünyasını təqlid etməsi tənqid etmişdir.
Həyatı Miyake Setsurey 1860-cı ildə Yaponiyanın İşikava prefekturasında yerləşən Kanazava şəhərində doğulmuşdur. Atası Kanazava klanına mənsub konfusiçi həkim idi. 1883-cü ildə Ernest Fenollosanın tələbəsi olduğu və fəlsəfə təhsili aldığı Tokio Universitetindən məzun olmuşdur.
Miyake bir neçə təhsil müəssisəsində dərs dedikdən sonra Qərb dünyanın hədsiz dərəcədə təriflənməsinin qarşısını almaq üçün Şiqa Şiqetaka, Suqiura Cuqo və digərləri ilə birlikdə təşkilat qurmağa qərar vermişdir. 1888-ci ildə və onun adlı jurnalını təsis etmişdir. 1907-ci ildə "Nihon Oyobi Nihonjin" adını alan bu jurnal dövrün siyasətinə təsir edən hanbatsuları tənqid edən və Aşio mis mədəni qiyamı kimi hadisələri işıqlandıran platforma olmuşdur. O, tez-tez Meyci hökumətini tənqid etdiyi üçün nəşrləri senzuraya məruz qalırdı.
Miyake "Jitsugyo no Nihon" kimi nəşrlər üçün yazmış, Haseqava Nyozekan və Taoka Reyun kimi jurnalistlərin hamisi olmuşdur. 1920-ci ildə həyat yoldaşı Kaho Miyake ilə birlikdə jurnalını təsis etmişdir. 1923-cü ildə "Gakan" jurnalını yaratmışdır. 1943-cü ildə "Mədəniyyət" ordeni ilə təltif olunmuşdur.
Əsərləri Miyake 1891-ci ildə yazdığı və əsərlərində saf milliyyətçilik fikrini müdafiə etmişdir. 1889-cu ildə "Tetsuqakukenteki" adlı fəlsəfi əsəri nəşr olunmuşdur. 1908-ci ildə nəşr olunmuş əsərində Qərb və Şərq fəlsəfələrini sintezləyərək fəlsəfi sistem yaratmağa çalışmışdır. Altı cilddən ibarət "Dociday şi" əsərində dövrünün tarixi hadisələrini yazmışdır.
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Yaponiya jurnalistləri Kateqoriya:Yaponiya filosofları Kateqoriya:Yaponiya milliyyətçiləri Kateqoriya:XIX əsr filosofları Kateqoriya:XX əsr filosofları