Eyüpspor FK - 1919-cu ildə Eyüpsultanda qurulan və Super Liqada mübarizə aparan türk idman klubudur. Klub Eyüp İdman Yurdu adı altında yaradılıb. 2500 nəfərlik Eyüp Stadionunda futbol matçları oynanılır.

thumb|Eyüpspor Akademiyası təsisi

Tarixi

Eyüpspor FK 1919-cu ildə Camal Kılıç, Şahap Efe və Fikri Balkanlı tərəfindən Eyüp İdman Yurdu adı ilə qurulmuşdur. İstiqlaliyyət müharibəsi illərində klubdakı bəzi şəxslərin müharibədə iştirak etdiyi üçün fəaliyyətini dayandıran klub müharibədən sonra yenidən fəaliyyətə başlayıb. 1927-ci ildə federasiyaya üzv olan Eyüpspor 1933-34 mövsümündə İstanbul 2-ci Liqasının çempionu olub və İstanbul Liqasına yüksəlib. 1956-cı ildə peşəkarlaşan Eyüpspor 1959-60 mövsümündə Yerli Liqada İstanbul çempionluğunu qazanıb. 1970-1971 mövsümündə 3-cü liqadan başlayan Eyüpspor, 3 mövsüm peşəkar liqalarda iştirak etdikdən sonra həvəskar liqaya düşü. 1982-1983 mövsümündə peşəkar liqadan, bu dəfə 2-ci liqaya qədəm qoydu. Ancaq yenidən aşağı liqaya düşən Eyüpspor 1 mövsüm həvəskar liqalarda oynadıqdan sonra 1984-cü ildən peşəkar liqalarda mübarizəni davam etdirdi.

2013-14 mövsümündə 2-ci liqadan 3-cü liqaya düşüb. 2014-15 Mövsümünü 3-cü Liqa 2-ci Qrupun lideri kimi başa vurdu və yenidən 2-ci Liqaya yüksəlməyi bacardı. 2018-19 2-ci Liqa Ağ qrupunda yer alan Eyüpspor mövsümə Ferruh Özgünlə başlayıb və 9-cu həftədən sonra Ekrem Alın rəhbərliyi altında liqada mübarizə aparıb. Keçirdiyi 34 matçda 12 qələbə, 10 heç-heçə və 12 məğlubiyyətə imza atıb. 46 xal toplayaraq qrupunu 9-cu pillədə başa vurub. Murat Özkaya mövsümdən sonra keçirilən ümumi qurultayda "Eyüpspor"un yeni prezidenti olub.

2020-21 mövsümündə 2-ci Liqa Qırmızı qrupu mövsümün bitməsinə 1 həftə qalmış çempionluğunu elan etdi və 37 ildən sonra 1-ci Liqaya yüksəldi. 2024-cü il aprelin 7-də "Altay"ı 4:1 hesabı ilə məğlub edərək tarixində ilk dəfə Super Liqaya yüksəlib.

Heyəti

Məşqçilər

Ali Beratlıgil (?-?) İlhan Uralgil (1982-83) Halil Güngördü (1990-91) Erkan Yanardağ (1991-92) Suat Mamat (1992) Metin Kurt (1992-93) Nevruz Şerif (1995-96) Erkan Yanardağ (1996) Abdülkerim Durmaz (2000-01) Ender Konca (2002) Turhan Özyazanlar (2002-03) Yücel Uyar (2003-04) Mücahit Yalçıntaş (2005) Mehmet Şahan (2005-06) Nurettin Yılmaz (2006-09) Raif Öztürk (2009) Nevruz Şerif (2009) Adnan Dinçer (2009-10) Xəmzə Xəmzəoğlu (2010) Cihat Arslan (2010-11) Turhan Özyazanlar (2011) Bahattin Demircan (2011-12) Hasan Çelik (2012) Eren Koç (2012-13) Murat Şahin (2013) Eren Koç (2013) Armağan Turhan (2013) Ümit İnal (2013) Hikmet Sevim (2014-2016) Ekrem Al (2017) Erdoğan Yılmaz (2017) Adnan Karakaya (2017) Ekrem Al (2017-18) Ferruh Özgün (2018) Ekrem Al (2018) Mehmet Ali Honca (2019) Zafer Turan (2019-2022) Xəmzə Xəmzəoğlu (2022) İbrahim Üzülmez (2022-2023) Zafer Turan (2023) Arda Turan (2023-)

Oyunçu Statistikası Ən çox Forma geyinən oyunçularƏn çox qol vuran oyunçularNoOyunçuOyunSezonNoOyunçuQolOyunSezon1Adnan Keskin2341988-19971Ergün Çakır411062007-20102Emrah Eyüboğlu2172006-20142Murat Baytaroğlu401232005-20113Ali Tuna Tanyıldız2142005-20123Ali Tuna Tanyıldız362142005-20124Tayfun Taner1492005-20144Raif Öztürk331021988-19925Metin Kaygın1491990-19955Hüseyin Sarıçan28681990-19926Beytullah Ercan1421989-19956Eser Yayla241202010-20147Kemal Mercangül1241990-19957Muhammed Yılmaz21491993-19958Mesut Özkaya1212007-20128Adnan Keskin212341988-19979Suat Ak1211991-19969Ali Tepeler20241995-199610Eser Yayla1202010-201410Mehmet Tosun18912011-2018

İstinadlar

Kateqoriya:Türkiyə futbol klubları