Göyəbaxan — Azərbaycan Respublikasının Tovuz rayonunun Göyəbaxan kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası Yerli əhalinin yozumuna görə, yaşayış məntəqəsi hər tərəfdən dağlarla əhatə olunduğundan və qonşu kəndlərdən görünmədiyindən belə adlandırılmışdır. Göyəbaxan (Gora, Günəbaxan da adlanır) maldarlıqla əlaqədar təsərrüfat tikilisi olub, "yeni doğulmuş quzuların salındığı yer"ə deyilir.

Digər bir iddiaya görə, Göyəbaxan kəndinin adının mənası "Göy əbalı xan" deməkdir. Kənd əhalisinin sözlərinə görə XIX əsrin əvvəlində ruslardan qaçaq düşmüş beş qardaş Tovuz rayonunun dağlıq ərazisində yerləşirlər. Qardaşlardan biri hazırkı Göyəbaxan kəndi ərazisində yerləşir. Həmin qardaş göy rəngli geyimlərə (əbalara) üstünlük verdiyindən onun yaşadığı yer də əvvəllər "göy əbalı xanın yeri" adlanır. Zaman keçdikcə bu ad "Göyəbaxan" deyə səslənir.

Tarixi

Tarixi abidələri Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.

Coğrafiyası və iqlimi Kənd Çınqıldağ silsiləsinin (Kiçik Qafqaz) ətəyində yerləşir.

Əhalisi İl Daimi əhali Kişilər Qadınlar19999245472009=92↗46↘46

İqtisadiyyatı

Mədəniyyəti Kənddə Göyəbaxan kənd klubu fəaliyyət göstərir.

Təhsil Kənddə Göyəbaxan kənd ümumi orta məktəbi fəaliyyət göstərir.

Din Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə Kənddə səhiyyə müəssisəsi mövcud deyil.

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

Kateqoriya:Tovuz rayonunun kəndləri Kateqoriya:Göyəbaxan kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri