Anri Çeyz (, 24 mart 2004, Kanaqava, Yaponiya) — Bundesliqa təmsilçilərindən olan "Ştutqart" klubunda müdafiəçi kimi çıxış edən peşəkar Yaponiya futbolçusu.

Klub karyerası Çeyz Kanaqava prefekturasının Yokosuka şəhərində anadan olmuşdur. Anası Yaponiya, atası isə Yamayka əsilli Amerika vətəndaşıdır. Çeyz üç yaşı olarkən ailəsi ilə birlikdə Texas ştatına köçmüşdür. Doqquz il burada yaşadıqdan sonra yenidən vətəninə geri dönmüşdür. ABŞ-da yaşayarkən Anri basketbolla məşğul olmuşdur. O, futbolçu karyerasına hücumçu kimi başlamışdır.

Hollandiya təmsilçisi olan "AZ Alkmaar" və Almaniya təmsilçisi olan "Ştutqart" klubunda məqşlərə qoşulan Çeyz karyerasını xaricdə davam etdirməyi qarşısına məqsəd qoymuşdur. Bir müddət Hollandiya nəhəngi "Ayaks" klubu da oyunçunu yaxından izləmişdir.

7 aprel 2022-ci ildə Almaniya təmsilçisi olan "Ştutqart II" klubu ilə müqavilə imzalamışdır. Müqavilə 1 iyul 2022-ci ildə qüvvəyə minmişdir. 2024-cü ildə Çeyz "Ştutqart" klubunun əsas komandası ilə məşq etməyə başlamışdır.

Milli karyerası Çeyz bir müddət Yaponiya U-23 millisində çıxış etmişdir. 2022-ci ildə o, Yaponiya millisi ilə məşqlərə qoşulmuşdur. Baş məşqçi Hacime Moriyasu onu potensialı və istedadına görə yüksək dəyərləndirmişdir.

Karyera statistikası

+ Klublarına görə oyunları və qolları, mövsümləri və turnirləriKlubMövsümLiqaKubokAvropaDigərÜmumiDiviziyaOyunQolOyunQolOyunQolOyunQolOyunQolŞtutqart II2022–23Regionalliqa Südvest120———1202023–24Regionalliqa Südvest262———2622024–253-cü Liqa10———10Ümumi392———392Ştutqart2024–25Bundesliqa3010100050Ümumi karyera422101000442

İstinadlar

Kateqoriya:Yaponiya futbolçuları Kateqoriya:Ştutqart FK futbolçuları Kateqoriya:Bundesliqa futbolçuları Kateqoriya:Regionalliqa futbolçuları Kateqoriya:Yaponiya milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Liferinq FK futbolçuları