Mister Olimpiya 1981 — Bodibildinq üzrə ən populyar yarışın sayca onyeddincisi. (IFBB) təşkilatçılığı ilə 1981-ci ilin 10 oktyabrında, ABŞ-ın Ohayo ştatınının Kolumbus şəhərində keçirilmişdir.
Mister Olimpiya 1981 yarışında Arnold Şvartseneggerin 1980-cı ildəki mübahisəli qələbəsi üzündən bəzi tanınmış bodibilderlər etiraz əlaməti olaraq iştirak etmirdilər (Frank Zeyn, Mayk Mentser və Boyer Co).
Yarışın qalibi Franko Kolombo oldu. Kolombo dizindən aldığı zədə səbəbi ilə dörd il yarışlarda iştirak edə bilmirdi və dostu Arnold Şvartsenegger kimi geri dönüşünü qələbə ilə qeyd etdi. Mütəxəssislərin fikirinə görə 1981-ci ilin nəticələri də 1980-cı ilin nəticələri kimi mübahisəli idi.
Nəticələr YerMükafatİştirakçı125 000Franko Kolombo, 2Kris Dikkerson, 3Tom Plats, 4Roy Kallender, 5Denni Padilla, 6Yusuf Uilkoş, 7Denis Tinerino, 8Coni Fuller, 9Samir Bannut, 10Rojer Uoker, 11Hubert Mets, 12Karlos Rodriges, 13Ed Korni, 14Mayk Kas, 15Ken Uoller, 16Yorma Yatı,
İstinadlar
Xarici keçidlər
Mr. Olympia
Kateqoriya:1981-ci ildə bodibildinq Kateqoriya:Mister Olimpiya yarışları