Simko Şəqaqi ( ; ), əsl adı İsmayıl ağa Şəqaqi ( ) — kürd siyasətçi və inqilabçı, İran Kürdüstanında İran hakimiyyətinə qarşı üsyan edən Şəqaqi tayfasının lideri.
İranın şimal-qərbində Urmiya şəhəri yaxınlığında Barandüz çayının yanında yerləşən Çəhrik qalasının sahibi olan kürd feodal ailəsində anadan olmuşdur.M. Th. Houtsma, E. van Donzel, E. J. Brill's First Encyclopaedia of Islam, 1913-1936, 1993, , p. 290 O, 1918-ci ilin yayında kürd ərazilərində İran hakimiyyətinə qarşı mübarizəyə başlamışdır. 1920-ci ilə qədər İran Azərbaycanının Urmiya gölünün qərbində yerləşən hissəsi faktiki olaraq onun nəzarəti altında idi.C. Dahlman, "The Political Geography of Kurdistan", Eurasian Geography and Economics, pp. 271-299, No.4, Vol.43, 2002. p.283 Onun Xoyda aysorlara qarşı qırğınlarda iştirak etdiyiJohn Joseph, "The Modern Assyrians of the Middle East: Encounters With Western Christian Missions, Archaeologists, and Colonial Power (Studies in Christian Mission) (Hardcover)", BRILL, 2000. p. 147: "Simko and his men had escaped to Khoi where they took part in the massacre of Assyrians və öz hərəkətləri ilə Salmasda aysorların müsəlmanlara qarşı qırğına səbəb olduğu məlumdur.
Yaratdığı və rəhbərlik etdiyi kürd kəndlilərinin ordusu ilə onu nəhəng döyüş qüvvəsinə çevirmiş, bir neçə dəfə İran ordusu üzərində böyük qələbələr qazanmış, regionun bir sıra şəhərlərini tutmuşdur.B. O'Leary, J. McGarry,The Future of Kurdistan in Iraq, University of Pennsylvania Press, 355 pp., (see p.7) Bir neçə dəfə şah hökuməti onu kürd muxtariyyətinin yaradılması ilə bağlı danışıqlara başlamağa çağırmışdır. 30 iyun 1930-cu ildə İran qoşunlarının pusqusuna düşmüş və döyüşdə həlak olmuşdur.
İstinadlar
Kateqoriya:Şəqaqilər Kateqoriya:İran kürdləri Kateqoriya:Kürd siyasətçilər Kateqoriya:Birinci Dünya müharibəsi iştirakçıları Kateqoriya:İran siyasətçiləri Kateqoriya:Müharibələrdə və silahlı münaqişələrdə həlak olanlar Kateqoriya:İran şəxsləri