thumb|300px|1856-cı illər xəritəsi. Bazarkənd
Bazarkənd (əvvəlki adı: Tsmaqahoğ, daha əvvəlki adı: Bazarkənd) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Dovşanlı kənd inzibati ərazi dairəsində kənd.
Toponimikası XIX əsrdə İrandan köçüb gəlmiş ermənilər burada yerləşdikdən sonra kəndin adı dəyişdirilərək Tısmaqa — hoğ, (ermənicə "meşə yeri") kimi rəsmiləşdirilmişdi. 1992-ci ildə kəndin keçmiş adı bərpa edildi. Etnotoponimdir.
Tarixi Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Tomaqahoğ kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir.
Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Kəlbəcər rayonunun Tsmaqahoğ kəndi Bazarkənd kəndi adlandırılmışdır.
1993-cü ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Bazarkənd kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir.
2023-cü il sentyabrın 19–20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Bazarkənd kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır.
5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib.
Coğrafiyası və iqlimi Kənd Xaçınçayın sahilində, Qarabağ silsiləsinin ətəyində yerləşir.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Ağdərə rayonunun kəndləri