I'm the Trend – Cənubi Koreya qız qrupu "(G)I-dle" tərəfindən ifa olunmuş mahnı. Qrupun fanatlarına həsr olunmuşdur. 7 iyul 2020-ci ildə rəqəmsal sinql kimi buraxılmışdır. Sinql qrup üzvləri Minni və Uqi tərəfindən bəstələnmişdir. Mahnı qrupun 5 iyul 2020-ci ildə baş tutmuş ilk onlayn konserti "I-Land: Who Am" zamanı ifa olunmuş və 3 avqust 2020-ci ildə buraxılmış "Dumdi Dumdi" sinql albomuna daxil edilmişdir.

Buraxılması "Cube Entertainment" 28 iyundan 2 iyula qədər "(G)I-dle" qrupunun mahnılarına aid stikerlər paylaşaraq mahnı haqqında tizer vermişdir. Fanatlar bu tizerin qeyd olunan mahnıların yaponca versiyaları haqqında olduğunu düşünmüşdürlər. 5 iyulda rəqəmsal sinqlın tizeri yayımlanmışdır. Mahnı üçün xüsusi klip 7 iyul 2020-ci ildə buraxılmışdır.

"I'm the Trend" Minni tərəfindən yazılmış üçüncü mahnıdır. O, bundan öncə 2018-ci ilin fevralında "Blow Your Mind" və 2019-cu ilin iyulunda "For You" mahnılarının yazılmasında iştirak etmişdir. Uqi ilk dəfə qrupun mahnılarından birini yazmış və bəstələmişdir.

Musiqi və sözlər "I'm the Trend" latın musiqisinə əsaslanan rəqs mahnısıdır. Mahnıda qrupun əvvəlki mahnılarına – "Oh My God", "Blow Your Mind", "Latata", "Lion", "Maze", "Uh-Oh" və "Senorita" mahnılarına aid sözlər yer almışdır. Mahnı 3 dəqiqə 25 saniyə davam edir.

Qəbul Mahnı ilk dəfə qrupun "I-Land: Who Am I" onlayn konsertində ifa olunmuşdur. Mahnı "Gaon" rəqəmsal hit-paradında 96-cı yerdə debüt etmişdir. Yükləmə və striminq hit-paradlarına 14-cü və 122-ci yerlərdə daxil olmuşdur. 2020-ci ildə JOOX Honkonq Top Musiqi Mükafatının III mövsümündə "Ən yaxşı 20 Kpop mahnısı" kateqoriyasında namizəd olmuşdur.

İstinadlar

Kateqoriya:2020-ci ilin sinqlları Kateqoriya:I-dle mahnıları Kateqoriya:2020-ci ilin mahnıları