Sultan Məhəmməd oğlu Qasımov () — Azərbaycanlı ictimai-siyasi xadim, diplomat. Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Azərbaycan Respublikasının sabiq Baş konsulu (2016–2024)

Həyatı 19 oktyabr 1959-cu ildə Bakı şəhərində anadan olub. 1976–1984-cü illərdə Azərbaycan xalq təsərrüfatı institutunun əməyin iqtisadiyyatı fakültəsində ali təhsil alıb.

1979–1981-ci illərdə Daxili qoşunlarda hərbi xidmət keçib.

1981–2009-cu illərdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə işləyib.

1993–1997-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını hüquqşünas ixtisası üzrə bitirib.

2006–2009-cu illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xətti ilə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinə ezamiyyətə göndərilib.

2009-cu ildə Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycan Respublikasının ilk baş konsulu vəzifəsində təyin olunub. 2016-cı ildə Baş konsulu vəzifəsindən geri çağırılıb

03 may 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Azərbaycan Respublikasının Baş konsulu vəzifəsinə təyin edilib.

21 oktyabr 2024-cü ildə Sankt-Peterburq şəhərində Azərbaycan Respublikasının Baş konsulu vəzifəsindən geri çağırılıb.

Birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi var.

Mükafatları 09 iyul 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmişdir.

İstinadlar