Tərlan Məmmədhüseynov (tam adı:Tərlan İsrafil oğlu Məmmədhüseynov; ) — azərbaycanlı pianoçu, bəstəkar, musiqi rəhbəri və aranjimançı, məşhur "Səs", "Ümid rəqsi", "Yellənçək", "Doya-Doya" kompozisiyalarının müəllifi. Həyatı Tərlan Məmmədhüseynov 1987-ci ildə Bakı şəhərində musiqiçi ailəsində anadan olmuşdur. 1993-cü ildə 97 nömrəli məktəbdə təhsil almağa başlayıb. Təhsili və yardıcılığı Tərlan Məmmədhüseynov musiqi fəaliyyətinə 1996-ci ildə 7 illik 3 nömrəli İncəsənət məktəbində "Fortepiano" təhsili ilə başlayıb. 2000-2004-ci illərdə Səttar Bəhlulzadə adına mədəniyyət sarayının rəqs ansambılında 4 il pianoçu kimi çalışmış, 2004-2008-ci illər ərzində Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Musiqinin tədrisi və metodikası" fakültəsində təhsil almışdır. 2013-cü ildə "Cəngi" qrupunun tərkibində pianoçu kimi fəaliyyət göstərib. 2007-ci ildən bu günədək bəstəkarlıq fəaliyyəti ilə məşğuldur. O, "Təkçə sən", "Söylə nədən", "Şipşirin", "Yellənə-yellənə", "Sənlə", "Bakım mənim", "Film kimi", Səndən əl çəkirəm, "Susma belə", "Əzizim", "De, onun adı nədir?", "Bilməzdim", "Sevgiyə bax, dərdə bax", "Alıb gəncliyimi", "Sənə demədim mi?", "Cavanlığım", "Ata", "Dağılsın dünya", "Tez gəl", "Bir zamanlar", "Tut əlimdən", "Sənə bağlanıram", "Toxun mənə", "Gəcə yarı", "Biz, Azərbaycanlıyıq", "Sen benden gittiğinde", "Lya lya lya", "Ay qız", "Zəfər nəğməsi", "Məmnunam", "Sənsən bilirəm", "Doya-doya" və bir çox tanınmış musiqi əsərlərinin bəstəkarıdır. Onun Azərbaycanın bir çox tanınmış müğənniləri: Aygün Kazımova, Röya Ayxan, Elton Hüseynəliyev, Elçin Cəfərov, Sevda Yəhyayeva, Günay İbrahimli, Yaşar Cəlilov, Zamiq Hüseynov, Gülay Zeynallı və başqaları ilə iş birliyi olmuşdur və bu iş birliyi davam etməkdədir.

Tərlan Məmmədhüseynov Gülay Zeynallının ifa etdiyi "İstərsənmi" mahnısının bəstəkarıdır.

İnstrumental bəstələri: "Səs" kompoziyası (2013) Ümid rəqsi (2018) Doya-Doya instrumental (2023) Yelləncək (2023)

Filmlərə bəstələdiyi musiqilər: "Bacanaqlar" serialı (2009) "Üç bacı" serialı (2012) "Bozbaş Pictures" (2013) "Ay, brilliant" (2014) "Ata ocağı" (2017) "Zəhər tuluğu" 2021 "Tənha qadın" (2023) "Bu şəhərdə kimsə yoxdur" (2024) "Mən, Lalə bir də Şerlok Holms" (2024) Komedixana

İstinadlar

Xarici keçidlər

Tərlan Məmmədhüseynov — Səs (Official Video) Tərlan Məmmədhüseynov – Ümid Rəqsi Tərlan Məmmədhüseynov - Doya Doya Tərlan Məmmədhüseynov - Zəfər Mahnısı Tərlan Məmmədhüseynov - Yelləncək

Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Azərbaycan bəstəkarları Kateqoriya:Azərbaycan film bəstəkarları Kateqoriya:Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunları