Baxış Əhməd oğlu Əhmədov () — neft sənayeçisi və maarifpərvər xeyriyyəçi.
Həyatı Balaxanıda özünün təsis etdiyi "Xeyriyyə cəmiyyəti"nin və Kustar Neft Sənayesi Həmkarlar İttifaqının sədri olmuşdur. "Nəşri-maarif" cəmiyyətinin Balaxanıdakı camaat məktəbinin vəkili idi. 1910–1911 illərdə həmin məktəbdə işləyən M. Ə. Sabirlə yaxından dostluq etmiş, yazıları ilə "Günəş" qəzetində onun müdafiəsinə qalxmışdır. 1911-ci ilin fevralında Balaxanıdakı camaat məktəbi nəzdində "Nur" qiraətxanasını açmışdır. thumb|298x298px|M. Ə. Sabir və Ə. Kamal Balaxanı məktəbinin müəllim və şagirdləri arasında 1918-ci il mart hadisələri zamanı evi daşnaklar tərəfindən dağıdılmışdır. Neft quyuları, torpaq sahələri və şəxsi mülkü sovet hökuməti tərəfindən müsadirə edilmişdir (1927). Balaxanıda "Müsavat" partiyasının ilk özəyini yaratdığına görə böyük oğlu Əhməd Əhmədov güllələnmişdir (1928).
İstinadlar
Xarici keçidlər
Ахмедов Ахмед Бахыш оглы (1900)
Kateqoriya:Azərbaycan xeyriyyəçiləri Kateqoriya:Azərbaycanlı xeyriyyəçilər Kateqoriya:Azərbaycan mesenatları Kateqoriya:Azərbaycanlı mesenatlar Kateqoriya:Azərbaycan iş adamları