Avendras ( ) — xristian müqəddəsi, Kalyari yepiskopu.

Həyatı Müqəddəs Avendras indiki Serramanna ərazisində yerləşən İppis kəndində anadan olmuşdur. O, Kalyarinin ilk yepiskopu olmuşdur. Agioqrafik ənənəyə görə, o, xristian olduğuna görə məhkum edildikdən sonra Santa-Gilla-di-Kalyari gölünün yaxınlığındakı bir mağaraya sığınmışdır. Mağarada iki il qaldıqdan sonra yeparxiyasının müxtəlif kəndlərinə keşiş səfəri etmək üçün çıxmışdır. Aşkarlanıb ələ keçirildikdən sonra qaçaraq dağlara sığınmışdır. Bir mələyin zühurundan sonra Santa-Gilla-di-Kalyaridəki ilk sığınacağa qayıtmışdır. Hekayədə deyilir ki, qarğa onu hər gün yemək gətirərək yedizdirirmiş. Ölümündən sonra sığındığı yerdə dəfn olunmuşdur. Sonradan bu yerin üzərində onun şərəfinə təqdis olunan bir kilsə tikilmişdir.

İstinadlar

Kateqoriya:Yepiskoplar Kateqoriya:I əsr xristian müqəddəsləri Kateqoriya:İtaliya müqəddəsləri