Xəzər Lənkəran mərkəzi stadionu, Lənkəran şəhər stadionu və ya Lənkəran şəhər mərkəzi stadionu — Lənkəran şəhərində yerləşən və "Xəzər Lənkəran" futbol klubuna məxsus olan stadion. "Xəzər Lənkəran"ın ev oyunlarında anşlaq olduğuna və azarkeşlər tərəfindən güclü dəstək göstərildiyinə görə sadion qeyri-rəsmi olaraq "Fırtınalar meydanı" adlandırılır.
2023-cü ildən yararsız vəziyyətdə olsa da, 2025-ci ildən oyunlar keçirilir.
Tarix Xəzər Lənkəran Mərkəzi Stadionu 11 avqust 2006-cı ildə rəsmi istifadəyə verilib. Stadion Mübariz Mənsimova məxsus olan Palmali Şirkətlər Qrupunun maliyyə vəsaiti ilə tikilib. Tikintiyə 15 milyondan çox ABŞ dolları xərclənib. Açlış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və "Xəzər Lənkəran FK"-nun fəxri prezidenti Mübariz Mənsimov iştirak edib. Elə həmin gün "Xəzər Lənkəran" öz stadionunda ilk rəsmi matçına çıxdı. Azərbaycan çempionatı çərçivəsində keçirilən qarşılaşmada "Xəzər Lənkəran" əzəli rəqibi "Nefçi" ilə qarşılaşdı. Öz stadionunda ilk qarşılaşmada Lənkəran təmsilçisi "Neftçi"ni 2:1 hesabı ilə məğlub etdi.
Struktur thumb|250px|8 iyul 2010-cu il. "Xəzər Lənkəran" tarixində ilk dəfə öz doğma stadionunda Avropa arenası çərçivəsində rəsmi matç keçirdi. Rəqib "Olimpiya" (Moldova) klubu oldu. Xəzər Lənkəran Mərkəzi Stadionu adəti üzrə 15 min azarkeş ilə dolu idi. Xəzər Lənkəran Mərkəzi Stadionu UEFA-nın bütün standartlarına cavab verir. Stadion 15 min (15.000) tamaşaçı tutumuna malikdir. Burada 25 kvadratmetrlik işıq tablosu quraşdırılıb. Stadionda uşaq futbolunun inkişafı üçün nəzərdə tutulmuş xüsusi meydançalar var. Təbii ot örtüyü ilə təchiz olunub. Tribunlarının üstü örtülüdür.
Əlamətdar matçlar "Xəzər Lənkəran" doğma stadionunda ilk qarşılaşmanı 11 avqust 2006-cı ildə "Nefçi"yə qarşı keçirib. Bu oyunda "Xəzər Lənkəran" rəqibinə 2:1 hesabı ilə qalib gəlib. "Xəzər Lənkəran" doğma stadionunda Avropa arenası çərçivəsində ilk oyunu 8 iyul 2010-cu ildə keçirib. Avropa Liqasının 1-ci təsnifat mərhələsində Moldovanın "Olimpiya" klubu ilə keçirilən oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb. Azərbaycan milli futbol komandası Azərbaycanda keçirilən bütün ev oyunlarını 2009-cu ilin sentyabr ayına kimi Bakı şəhərində keçirmişdi. Azərbaycan milli yığması tarixində ilk dəfə olaraq rəsmi ev qarşılaşmasını Bakıdan kənarda 2009-cu ilin 5 sentyabr tarixində Xəzər Lənkəran Mərkəzi Stadionunda Finlandiya yığmasına qarşı keçirdi. Bu matç futbol üzrə Azərbaycan milli yığması üçün Bakı şəhərindən kənarda, regionda keçirilən ilk oyun kimi tarixə düşdü.
İstinadlar
Kateqoriya:Xəzər-Lənkəran FK Kateqoriya:Azərbaycan stadionları Kateqoriya:Azərbaycan futbol stadionları