Karolina ördəyiБёме Р. Л., Флинт В. Е. Пятиязычный словарь названий животных. Птицы. Латинский, русский, английский, немецкий, французский / Под общ. ред. акад. В. Е. Соколова. — М.: Русский язык, РУССО, 1994. — С. 29. — 2030 экз. — ISBN 5-200-00643-0. () — Şimali Amerikada rast gəlinən, qismən köç edən və su mühitlərində yaşayan ördək növü. Erkək Karolina ördəyi Şimali Amerikanın ən rəngarəng su quşlarından biri olaraq tanınır.

Tarix Karolina ördəyi ilk dəfə 1758-ci ildə isveçli təbiətşünas Karl Linney tərəfindən "Systema Naturae" əsərinin onuncu nəşrində "Anas sponsa" adı ilə təsvir edilmişdir. Linnes bu təsviri ingilis təbiətşünası Mark Ketsbinin 1729–1731-ci illərdə nəşr olunan "The Natural History of Carolina, Florida and the Bahama Islands" əsərindəki "yay ördəyi" təsvirinə əsaslanaraq etmişdir.

Hazırda Karolina ördəyi 1828-ci ildə alman təbiətşünası Fredrix Boye tərəfindən təsis edilən "Aix" cinsinə aid edilir. Bu cinsə yalnız Asiya mandarin ördəyi (Aix galericulata) və Karolina ördəyi daxildir. Karolina ördəyi monotipikdir, yəni alt növləri yoxdur.

Xüsusiyyətləri Karolina ördəyi orta ölçülü bir ördək növüdür. Yetişkin fərdlərin bədən uzunluğu 47–54 santimetr arasında dəyişir. Qanad açılışı 66–73 santimetr təşkil edir, çəkisi isə 454–862 qram arasında olur.

Erkək Karolina ördəyi parlaq və çoxrəngli tükləri, qırmızı gözləri və boynundakı xarakterik ağ xətləri ilə tanınır. Dişi isə daha sadə rənglidir, gözlərinin ətrafında ağ halqa ilə seçilir. Hər iki cinsin başında dalğalı tüklər mövcuddur.

Bu növ bataqlıqlarda, şirin su göllərində, adi bataqlıqlar və çaylarda yaşayır. Adətən ağaclarda yuva qurur, bu xüsusiyyəti ilə digər ördək növlərindən fərqlənir. Dişi Karolina ördəyi yaz aylarında (fevral-aprel) 7–15 yumurta qoyur. Yumurtalar təxminən 30 gün müddətində inkubasiya edilir. Yumurtadan çıxan balalar dərhal yuvalarından suya və ya yumşaq bir səthə tullanır.

Ağac ördəkləri həm bitki mənşəli, həm də heyvan mənşəli qidalarla qidalanır. Onların menyusuna yerə düşən meyvələr, böcəklər və qoz-fındıq daxildir.

Mühafizəsi XIX əsrin sonunda ağac ördəklərinin sayı kəskin şəkildə azalmışdır. Bu azalmanın əsas səbəbləri yaşama mühitlərinin məhv edilməsi və ticarət məqsədilə intensiv ovlanmaları olmuşdur. Xüsusilə qadın baş geyimlərinin bəzədilməsi üçün bu quşların tüklərindən geniş istifadə edilirdi. Sonradan tətbiq edilən mühafizə tədbirləri nəticəsində ağac ördəklərinin populyasiyası bərpa olunmuşdur.

Mədəniyyətdə 2013-cü ildə Kanadanın Royal Canadian Mint təşkilatı, Karolina ördəyi ilə bağlı iki metal pul buraxmışdır. Bu pullar, Ducks Unlimited Canada təşkilatının 75-ci ildönümünü qeyd etmək və təşkilatın tanıtımı məqsədilə hazırlanmışdır.

İstinadlar

Kateqoriya:Şimali Amerika quşları Kateqoriya:Ördəklər Kateqoriya:1758-ci ildə təsvir edilən quşlar Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:ABŞ quşları Kateqoriya:30–34 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları