Team 0% () — Super Mario Maker və Super Mario Maker 2-də istifadəçi tərəfindən hazırlanmış hər səviyyənin orijinal yükləyicidən başqa ən azı bir şəxs tərəfindən tamamlanmasını təmin etmək məqsədi daşıyan icma layihəsidir.
Layihə Wii U və Nintendo 3DS onlayn serverlərinin 2024-cü ilin aprelində planlaşdırılan bağlanmasından əvvəl Super Mario Maker-də bütün səviyyələri tamamladı. 2024-cü ilin aprel ayından etibarən layihənin məqsədi serverlərin bağlanmasından əvvəl, Super Mario Maker 2-də yaradılmış bütün səviyyələri tamamlamaqdır.
Oyun
Super Mario Maker Wii U üçün 2015-ci il təqdim olunmuş video oyunudur. Burada oyunçular Super Mario seriyasındakı müxtəlif mexanikalardan istifadə edərək oyunda müxtəlif platforma səviyyələri yarada və oynaya bilərlər. Yalnız səviyyənin yaradıcısı səviyyəni keçdikdən sonra başqa oyunçular üçün yayımlana bilər.
Tarixi Team 0%, 2017-ci ildə bir oyunçunun 2015-ci ildə yüklənmiş səviyyələrin sıfır faiz dərəcəsi ilə olanları (heç kimin keçmədiyini bildirir) cədvəl şəklində tərtib etdikdə və onu Redditdə paylaşdıqda yaranmağa başladı. Oyunçular daha sonra cədvəldəki bütün səviyyələri keçməyə həsr olunmuş Discord serveri yaratdılar. 2021-ci ilin mart ayında Nintendo, Super Mario Maker-ə yeni yükləmələri həmişəlik dayandırdı, bununla da mövcud olan səviyyələrin sayı konkretləşdi. Strimerlərin diqqəti layihənin populyarlığını artırdı və 2023-cü ilin fevralına qədər 41,113 keçilməmiş səviyyə var idi.
2023-cü ilin oktyabrında Nintendo, Super Mario Maker daxil olmaqla Wii U və 3DS üçün onlayn xidmətlərini bağladığını elan etdi, yəni 8 aprel 2024-cü il tarixindən sonra onlayn səviyyələrə giriş mümkün olmayacaqdı. Bağlanma elanından dörd həftə sonra komanda daha 7,384 səviyyəni bitirdi və 25,000-dən az səviyyə qaldı. 5 mart 2024-cü ilə qədər yalnız 178 səviyyə qalmışdı.
15 mart 2024-cü ildə "Son Rəqs" () adlı sonuncu səviyyə Yamada_SMM2 (天王寺やまだ) adlı istifadəçisi tərəfindən keçildi. Hesab olunurdu ki, başqa bir səviyyə, "Otları Kəsmək" () keçilməmiş qalıb və buna 280.000 dəfə cəhd edilib. Bir həftə sonra həmin səviyyənin yaradıcısı onun "qeyri-qanuni" səviyyə olduğunu və serverə yükləmək üçün xüsusi proqram təminatı ilə keçildiyini açıqladı. Buna baxmayaraq, səviyyə 5 aprel 2024-cü ildə sanyx91smm2 adlı istifadəçi tərəfindən tamamlandı.
Team 0%-in uğuruna cavab olaraq, Super Mario Maker-ın tərtibatçısı Takashi Tezuka "Bu, həqiqətən çox gözəldir" açqılamasını verdi.
2024-cü ilin aprelindən etibarən Team 0% Super Mario Maker 2-də bütün səviyyələri keçməyə davam etməyi planlaşdırır.
İstinadlar
Kateqoriya:Videooyun mədəniyyəti Kateqoriya:İnternet mədəniyyəti