Xədicə Əbədiyyə bint Əli (; ) — Hicaz kralı Əli ibn Hüseynin qızı.Gourji C. Bekhor. (1990). Fascinating life and sensational death: the conditions in Iraq before and after the Six-Day War, G.C. Bekhor
1907-ci ildə Məkkədə dünyaya gəldi. Atası Məkkə əmiri Şərif Hüseynin oğlu Əli, anası isə onun xanımı Nəfisə xanımdır. Babasının ölümündən sonra atası Hicaz kralı oldu. Ancaq cəmi bir il sonra taxtdan endirildi. Ailəsiylə birlikdə İraq kralı olan əmisi I Feysəlin yanına sığındılar. Bacısı Aliyə əmisi oğlu I Qaziylə evli idi və bu səbəblə, İraq kraliçası olmuşdu. Bacısının ölümündən sonra azyaşlı İraq kralı II Feysəlin təlim-tərbiyəsi ilə məşğul oldu. Heç vaxt evlənmədi.
14 iyul inqilabı əsnasında Bağdaddakı Qəsr əl-Rihab sarayı üsyançıların hücumuna məruz qaldı. Hücum əsnasında güllələnən kral ailəsi üzvləri arasında Əbədiyyə də vardı.
İstinadlar