Riyaziyyatda Darbu çevirməsi verilmiş tənlik və onun həlli vasitəsilə yeni bir tənlik və onun həllinin alınması üsuludur və Fransa riyaziyyatçısı şərəfinə belə adlandırılmışdır. Bu üsul tərs səpilmə nəzəriyyəsində, ortoqonal çoxhədlilər nəzəriyyəsində və həllərinin qurulmasında geniş istifadə olunur. baxımından bu çevirmənin mahiyyəti verilmiş ikitərtibli diferensial operatorun birtərtibli operatorların hasilinə ayrılıb onların yerinin dəyişdirilməsindən ibarətdir və buna görə də ona riyazi ədəbiyyatda bəzən birqat kommutasiya üsulu da deyilir. Darbu çevirməsi fiziklər tərəfindən , şəklində yenidən tapılmışdır və supersimmetrik kvant mexanikasında fundamental əhəmiyyətə malikdir.
Tarixi
Bu üsulun əsas ideyası əslində Darbudan da bir qədər əvvəl tərəfindən verilmişdir.
Üsul
Tutaq ki, funksiyası
tənliyinin bir həllidir və isə həmin tənliyin müəyyən qiymətində qeyd olunmuş ciddi müsbət həllidir. Onda
funksiyası
tənliyinin həllidir, burada
Sərhəd məsələləri
Darbu çevirməsi yalnız diferensial tənliyi deyil, həm də sərhəd şərtlərini dəyişir. Onun vasitəsilə spektral parametrdən asılı olan sərhəd şərtlərini spektral parametrdən asılı olmayan sərhəd şərtlərinə — , və ya birinə gətirmək olar. Digər tərəfdən isə həmin çevirmə vasitəsilə tərs kvadratik sinqulyarlığı Dirixle sərhəd şərtinə və əksinə çevirmək olur. Beləliklə, Darbu çevirməsi spektral parametrdən asılı olan sərhəd şərtləri ilə tərs kvadratik sinqulyarlıq arasında əlaqə yaratmağa imkan verir.
İstinadlar
Kateqoriya:Diferensial tənliklər Kateqoriya:Funksional analiz