Qartalqaya (tür. Kartalkaya) — Türkiyənin Bolu vilayətinin Seben bölgəsində, Koroğlu dağlarında yerləşən xizək kurortu.

Tarixi Qartalqaya 1970-ci illərdə xizək kurortu kimi inkişaf etmişdir. Bundan əvvəl burada daimi yaşayış olmayıb.

Qartalqayada dağ xizəyi, xizək turu və xizək enişi üçün əlverişli şərait var. Xizək mövsümünün müddəti ildə 120 gündür, dekabrın 20-dən martın 20-qədər. Ən yaxın şəhər 54 km (33 mil) uzaqlıqdakı Bolu şəhəridir.

21 yanvar 2025-ci ildə buradakı xizək kurortunda yerləşən "Grand Kartal" hotelində yanğın baş verdi. Yanğın zamanı həlak olanlar olmuşdu. Hadisə ilə əlaqədar Türkiyədə bir günlük matəm elan edilib.

Xüsusiyyətləri

Qar örtüyünün hündürlüyü 210 sm-ə çatır Uzunluğu 75 km olan 23 xizək enişi var Xizək enişlərinin hündürlüyü 1800–2220 m. Professional snoubord üçün qar parkı var

Mənzərəsi

İstinadlar

Xarici keçidlər

Kateqoriya:1970-ci illərdə yaranan yaşayış məntəqələri Kateqoriya:Türkiyə Kateqoriya:Bolu ili