thumb|250px|Tonometr qarşısındakı xəstə Göz daxili təzyiq gözün içindəki mayenin təzyiqidir. Bunu müəyyən etmək üçün göz həkimləri göz tonometriyası adlı üsuldan istifadə edirlər. Göz daxili təzyiq qlaukoma riski olan xəstələrin izlənməsi və müəyyən edilməsi üçün mühüm aspektdir. Əksər tonometrlər təzyiqi millimetr civə ilə ölçmək üçün kalibrlənmişdir.
Fiziologiya Daxili göz təzyiqi əsasən ön kamera bucağında yerləşən trabekulyar şəbəkə vasitəsilə göz mayesinin istehsalı və drenajının birləşməsi ilə müəyyən edilir. Kəmiyyət nisbətləri və hesablanma qaydası isə aşağıda göstərilmişdir:
GDT= F/C + PV Burada F göz mayesinin əmələ gəlmə sürəti, C çıxış sürəti, PV isə episkleral venoz təzyiqdir. Sadalanan amillər GDT-ə nəzarət edən amillərdir.
Ölçülməsi Göz daxili təzyiq hərtərəfli görmə müayinəsi zamanı göz tonometriyasından istifadə etməklə ölçülür.
Göz daxili təzyiqin dəyərləri buynuz qişasının qalınlığından və onun sərtliyindən asılıdır. Nəticədə, bəzi refraktiv cərrahiyyə formaları (məsələn, fotorefraktif keratektomiya) ənənəvi göz təzyiqi ölçmələrinin normal görünməsinə səbəb ola bilər, Bu zaman isə əslində təzyiq çox yüksək ola bilər.
Təsnifatı Oftalmoloqlar və optometristlər mövcud konsensus normal göz daxili təzyiqi 10 mmHg və 20 mm Hg arasında dəyişdiyini bildirmişdirlər. Orta göz daxili təzyiq isə 15,5 mm Hg-dir.Glaucoma Overview from eMedicine Oküler hipertenziya (OH) gözdaxili təzyiqin anormal olaraq artmasıdır, Bu zaman optik sinirin zədələnməsinə və ya görmə sahəsinin itməsinə rast gəlinmir.
Göz hipertenziyası göz daxili təzyiqin 5 mm Hg-ə bərabər və ya ondan az bir dəyərə düşməsi kimi müəyyən edilir. Belə aşağı göz daxili təzyiqi mayenin sızmasını və göz almasının deflasiyasını göstərə bilər.
Təsir edən amillər
Gündəlik baş verən dəyişikliklər
Göz daxili təzyiq gecə və gündüzdən asılı olaraq dəyişir. Normal göz üçün gündəlik dəyişikliklər 3 ilə 6 mm Hg arasındadır. Qlaukomatoz gözdə isə bu dəyişikliklər daha da arta bilər. Gecələr nəmliyin daha yavaş ifraz olunmasına baxmayaraq, göz içi təzyiqi dəyişməyə də bilir. Ümumi populyasiyada GDT10 ilə 21 mmHg arasında dəyişir. Orta dəyər isə təxminən 15 və ya 16 mm Hg-dir.(24 saatlıq müddətdə əlavə və ya mənfi 3,5 mmHg).
Fitnes və məşqlər İdmanın GDT-ə təsir göstərə biləcəyini göstərən bəzi çox da dəqiq olmayan tədqiqatlar vardır (müsbət və ya mənfi nəticəli tədqiqatlar). Bununla belə, sonradan müəyyən edilmişdir ki, bəzi məşq növləri GDT artıra bilər.
Musiqi alətləri Müəyyən nəfəs musiqi alətlərində ifa etmək göz daxili təzyiqi artırır. 2011-ci ildə edilən bir araşdırma mis və ağac nəfəsli alətlərdən istifadə zamanı "GDT-in müvəqqəti və bəzən qəfil artımları" müşahidə edildi. Başqa bir araşdırmada zamanı isə gözdaxili təzyiqin artımının alətlə bağlı ağızdaxili müqavimətlə əlaqəli olduğunu və görmə sahəsinin bir hissəsinin itirilməsi ilə yüksək müqavimətli nəfəs alətləri ifa edərkən gözdaxili təzyiqin fasilələrlə artmasına səbəb olduğunu müəyyən etdilər. Yerli Amerika fleytası kimi etnik nəfəs alətlərinin müxtəlif siniflərində mövcud olan ağızdaxili təzyiq diapazonunun Qərb klassik nəfəs alətlərindən daha aşağı olduğu göstərilmişdir.
Digər faktorlar Göz daxili təzyiqə ürək dərəcəsi, tənəffüs, maye qəbulu, sistemli dərmanlar və yerli dərmanlar kimi bir sıra digər amillər də təsir göstərir. Spirt və marixuana istehlakı keçici göz daxili təzyiqin azalması ilə nəticələnir, kofein isə göz daxili təzyiqi artırır.Intraocular pressure measure on normal eyes by Pardianto G et al., in Mimbar Ilmiah Oftalmologi Indonesia.2005;2:78-9.
Qliserin ağızdan qəbul edildikdə (şirin dadını azaltmaq üçün tez-tez meyvə şirəsi ilə qarışdırılır) göz daxili təzyiqin sürətli və ya müvəqqəti azalmasına səbəb olur. Bu, kəskin yüksəlmiş qan təzyiqi üçün ilkin təcili müalicə kimi faydalı hesab edilir.Effect of Oral Glycerol on Intraocular Pressure in Normal and Glaucomatous Eyes, S. M. Drance, MD, FRCS (ENG) Arch Ophthalmol. 1964;72(4):491-493.
Mənası Göz hipertansiyonu qlaukoma üçün ən vacib risk faktorlarından biri hesab edilir.
Açıq bucaqlı qlaukoma xəstəliyinin inkişafını yavaşlatmaqda neyroprotektiv maddələrin təsirindən sonra, gözdaxili təzyiqin ölçülməsi ikinci vacib üsul olaraq irəli sürülmüşdür.Intraocular pressure measure on normal eyes by Pardianto G et al., in Mimbar Ilmiah Oftalmologi Indonesia.2005;2: 80.
İki göz arasındakı təzyiq fərqləri, potensial olaraq qlaukoma növləri ilə əlaqələndirilir və həmçinin uveit və ya tor qişanın qopması üçün klinik əhəmiyyət kəsb edir.
Göz daxili təzyiq anatomik problemlər, göz iltihabı, genetik faktorlar və ya dərmanların yan təsiri səbəbindən yüksələ bilər. Göz daxili təzyiq, adətən yaş və genotip təsirlər vasitəsilə də arta bilər.
İstinadlar
Kateqoriya:Oftalmologiya Kateqoriya:Göz Kateqoriya:Görmə