Nalandil xanım (; ) — 31. Osmanlı sultanı Əbdülməcidin xanımlarından biri.Uluçay, M. Çağatay (2011). Padişahların kadınları ve kızları. Ötüken. ISBN 978-9-754-37840-5
1823-cü ildə Anapada dünyaya gəldi. Əslən ubıx olub, Çıpaq Natiq bəyin qızıdır. Dövrün bir çox saray xanımları kimi, onun da saraya necə alındığı bilinmir. Ancaq saraya alındıqdan sonra Tərbiyə xanım (ö. 1902) adlı bir bacısını yanına aldırdığı, bu bacısının sonrakı illərdə hərəm xəzinədarı olduğu və Xəlil bəy adlı biriylə evləndirildiyi bilinir.Brookes, Douglas Scott (2010). The Concubine, the Princess, and the Teacher: Voices from the Ottoman Harem. University of Texas Press. ISBN 978-0-292-78335-5
1851-ci ildə Çırağan sarayında Sultan Əbdülməcidlə nigahlanaraq dördüncü iqbal kimi hərəmə alındı. Həmin ilin dekabrında ilk övladı Sənihə Sultanı, 1853-cü ildə oğlu Mehmed Əbdüssəmədi, 1855-ci ildə isə kiçik qızı Şəhimə Sultanı dünyaya gətirdi. Ancaq övladlarından yalnız böyük qızı yetkinlik yaşına çata bildi.
Sənihə Sultan Mehmed Əbdüssəməd Əfəndi (20 mart 1853 - 5 may 1855) Şəhimə Sultan (1 mart 1855 - 21 may 1857)Paşa, Ahmed Cevdet (1960). Tezâkir. . 13 - 20, Volume 2. Türk Tarih Kurumu Basımevi
1852-ci ildə üçüncü, 1853-cü ildə ikinci və 1854-cü ildə baş iqballığa yüksəldi. 1861-ci ildə Sultan Əbdülməcidin vəfatının ardından qızı Sənihə Sultanla birlikdə Fəriyyə sarayına göndərildi və çox keçmədən 1865-ci ildə burada vərəm xəstəliyi səbəbilə vəfat etdi. Cənazəsi Yeni məsciddə dəfn olundu.
Mənbə
Ədəbiyyat
Sakaoğlu, Necdet (2008). Bu Mülkün Kadın Sultanları: Vâlide Sultanlar, Hâtunlar, Hasekiler, Kandınefendiler, Sultanefendiler. Oğlak Yayıncılık. ISBN 978-6-051-71079-2 Alderson, Anthony Dolphin (1956). The Structure of the Ottoman Dynasty. Greenwood Publishing Group. ISBN 978-0-313-22522-2
İstinadlar
Kateqoriya:Osmanlı sultanlarının xanımları