Sem Nuyoma (; ) — Namibiya Respublikasının ilk prezidenti.

Həyatı 1929-cu il mayın 12-də ölkənin şimalında, Entuda kəndində kəndli ailəsində anadan olub. Atası təsərrüfat işçisi idi. 1954-cü ildə Vindhukda orta məktəbi bitirib. 1950-ci illərin ikinci yarısından inqilabi hərəkatda fəal iştirak etmişdir. 1989-cu ildə BMT-nin nəzarəti altında keçirilən azad seçkilərdən və Namibiyanın müstəqilliyindən sonra o, yekdilliklə ölkənin ilk prezidenti seçilib. 1990–2005-ci illərdə Namibiyanın prezidenti olub.

9 fevral 2025-ci ildə vəfat edib.

İstinadlar

Kateqoriya:XXI əsr siyasətçiləri Kateqoriya:XX əsr siyasətçiləri