thumb|Savaki Suşinin Hyakkay-Dzukan əsərindən Yuki-onna (ゆき女)
— Yapon mifologiyasında fövqəltəbii varlıq. Yaponiyanın ən böyük adası Honşunun dağlıq bölgələrində məskunlaşır. Yuki-onna Yapon ədəbiyyatında, manqa, kino, qravüra və anime sahələrində geniş yayılmış populyar obrazdır.
Morfologiyası Yuki-onnanın adları Yaponiyanın müxtəlif bölgələrində fərqlənir. Məsələn, Miyaqi prefekturasında ona yuki-bamba (雪輓馬, "qar atı"), Naqano prefekturasında isə Şikkenken — "Naqanodan olan Qar qarı" (雪降り婆) deyilir. Yamataqada ona yuki-coro (雪女郎, "qar kənbəri"), Miyazaki və Kaqoşimanın Satsuma bölgəsində isə yuki-bajo (雪婆女, "qar qarı") deyilir., cited by
Bundan başqa, o, yuki-musume (雪娘, "qar qızı"), yuki-onago (雪女子, "qar qızı"), yuki-anesa (雪姉, "qar bacı"), yuki-omba (雪乳母, "qar dayəsi") kimi də tanınır. Həmçinin, icaz (buz sarkıtları) ilə əlaqəli çurara-onna, kanekori-musume və şiqama-nyuba kimi adlarla da çağırılır.
Yaranması Yuki-onnanın qədim əfsanələrdən gəldiyi düşünülür, lakin onun haqqında ilk yazılı qeydlər Muromati dövrünə aiddir. Məşhur buddist rahib Soqi "Soqi Şokoku Monoqatari" (宗祇諸国物語, "Soqinin müxtəlif diyarlar haqqında hekayələri") əsərində Yuki-onna ilə qarşılaşmasından bəhs edir. O, bəyaz kimonoda parlaq bir qar ruhu kimi təsvir edilir. Uzun, bəyaz saçları ona zərif bir görünüş verir. Soqi qeyd edir ki, Yuki-onna təxminən üç metr hündürlüyündə idi və dərisinin rəngi o qədər ağ idi ki, demək olar, şəffaf görünürdü. O, 20 yaşlarında çox gözəl bir gənc qız kimi görünür. Soqi onunla hamam qəbul edərkən qarşılaşır. O, Yuki-onna ilə danışmağa çalışsa da, o, səssizcə geri çəkilir və qaranlıqda yox olur.
Xarici görünüşü Yuki-onna tamamilə ağ rəngdə təsvir olunur, sanki buzdan düzəldilib və inanılmaz dərəcədə gözəldir. O, asta və zərif hərəkət edir, əsasən axşamçağı və ya gecə, qar yağan zaman, qar fırtınasında və ya tam ay işığında görünür. O, ümumiyyətlə qar olan istənilən yerdə peyda ola bilər.
Onun obrazı dəyişkəndir, lakin əksər hallarda olduqca hündür, uzun, ağ və ya qara saçlı gözəl bir qız kimi təsvir edilir. Adətən kimonoda görünür, lakin bəzi əfsanələrdə tamamilə çılpaq olduğu və qar fonunda yalnız üzü və saçlarının göründüyü bildirilir.
Əfsanələr Bəzi əfsanələrə görə, Yuki-onna qış və qar fırtınaları ilə əlaqəli olduğu üçün qarda ölüb ruh halına gəlmiş bir varlıqdır. O, eyni zamanda həm gözəl və sakit, həm də amansız və qəddar ola bilər. XVIII əsrə qədər o, əsasən pis bir varlıq kimi təsvir olunurdu. Lakin müasir dövrdə daha insani xarakterə sahib olduğu vurğulanır, onun ruhani və efemer gözəlliyi ön plana çəkilir. Bir çox hekayələrdə Yuki-onna, qarlı havada qalan səyyahların qarşısına çıxır və onları öz buz nəfəsi ilə donduraraq öldürür. Başqa əfsanələrdə isə o, insanları aldadaraq qarın sehrinə salır və onlar donaraq ölürlər. Bəzi nağıllarda o, qucağında uşaq saxlayır. Rəhmdil insanlar uşağı götürdükdə isə dərhal donurlar. Xüsusilə itkin düşmüş uşaqlarını axtaran valideynlər bu hiyləyə asanlıqla düşürlər.
Bəzi əfsanələrdə Yuki-onna daha aqressiv təsvir edilir.Seki, Seigo Seki (1963), Folktales of Japan, p. 81, University of Chicago, O, evlərə girərək içəridəkiləri güclü bir nəfəs ilə dondurur. Bəzi versiyalarda bu onun üçün kifayət edir, digərlərində isə Yuki-onna daha qəddardır – ya qurbanlarının qanını içir, ya da onların "həyat enerjisini" tükədir. Ancaq Yuki-onna təkcə qəddar deyil, onun mehriban tərəfi də var.Smith, Richard Gordon, "The Snow Ghost" Chapter XLIX of Ancient Tales and Folk-lore of Japan at sacred-texts.com Bəzi hekayələrdə o, müəyyən səbəblərə görə qurbanlarını buraxır. Məsələn, bir məşhur əfsanədə o, bir gənci gözəlliyinə və gənc yaşına görə bağışlayır.Yuki-onna at japanese1-2-3.com Başqa bir oxşar hekayədə isə bir oğlan Yuki-onnanın həqiqi kimliyini anladıqda, o, dərhal buxarlanaraq yox olur. Belə hallarda o, çox zaman həyatla vidalaşır və mənəvi dünyaya qayıdır.Kwaidan – Yuki-onna (Snow Woman) at www.sarudama.com
İstinadlar
Xarici keçidlər
Yuki Onnna – The Snow Woman at hyakumonogatari.com (English). An article that references Yuki Onna in the movies Japanzine by Jon Wilks
Kateqoriya:Mifik humanoidlər Kateqoriya:Yokay Kateqoriya:Qadın mifoloji varlıqlar