Sərpil Sancar (; ) — türk feminist politoloqu, akademik və yazıçısı.

O, akademik fəaliyyətini Ankara Universiteti, Siyasi Elmlər fakültəsində siyasi elmlər və qadın araşdırmaları sahələrində davam etdirib. 1993-cü ildə Ankara Universiteti Qadın Problemləri Araşdırma və Tətbiq Mərkəzini (KASAUM) qurub. Fakültənin yaranmasının 155-ci ildönümündə dekan seçilən Sərpil Sancar Ankara Universiteti Siyasi Elmlər fakültəsinin dekanı vəzifəsini icra edən ilk qadın olub, bu vəzifəsini 2016-cı ilə qədər davam etdirib. Həyatı 1954-cü ildə Ankarada anadan olmuş Sərpil Sancar, 1971-1975-ci illərdə Ankara Universitetinin Siyasi Elmlər fakültəsində təhsil alıb. 1975-ci ildə İqtisadiyyat və Maliyyə bölməsindən mkəzun olub. 1981-1983-cü illərdə isə magistratura pilləsini bitirmişdir. 1981-1983 yılları arasında yüksek lisansını tamamladı.

1987-ci ildə Siyasi Elmlər fakültəsində elmi işçi kimi fəaliyyətə başlamış, 1989-cu ildə həmin universitetdə "Din, Qadın və Siyasət: İran inqilabı nümunəsində" mövzusundakı doktorluq dissertasiya işini müdafiə etmişdir.

1993-cü ildə Ankara Universitetində gender bərabərliyi, qadınlara qarşı ayrı-seçkilik və zorakılığa qarşı akademik biliklər yaratmaq məqsədi yönündə Türkiyədə bu sahədə ilk araşdırma mərkəzlərindən biri olan Qadın Problemləri Araşdırma və Tətbiq Mərkəzinin (KASAUM) qurucularından biri olmuşdur. Həmin il o, müvəqqəti olaraq Baş nazirliyin Qadın Problemləri Baş İdarəsinə təyin edilib.

O, sosial tədqiqatlarda siyasi nəzəriyyə, epistemologiya və metodologiya problemləri, feminist nəzəriyyələr, siyasi sosiologiya, Türkiyənin gender rejimi və siyasi hərəkat olaraq "qadın hərəkatı" istiqamətində araşdırmalar aparmışdır. 1997-ci ildə dosent, 2003-cü ildə professor elmi adını almışdır.

2009-cu ildə nəşr etdiyi "Kişilik: Ailədə, Bazarda və Küçədə mümkün olmayan güc/Kişilər" adlı kitabında Türkiyədə fərqli sosial təbəqələrdən olan və fərqli həyat təcrübələri olan kişilərlə üz-üzə müsahibələr əsasında fərqli kişi şəxsiyyətlərinin necə qurulduğunu araşdırıb. O, 2011-ci ildə yaradılmış Gender Bərabərsizliyinin Monitorinqi Assosiasiyasının qurucu prezidenti vəzifəsində çalışıb.

Ankara Universiteti Qadın Araşdırmaları Magistratura proqramında verdiyi kurs əsasında yazdığı "Türk modernləşməsinin cinsi: Kişilər dövlət qurur, qadınlar ailə qurur" (2012) kitabı feminist ədəbiyyatda mühüm yer tutan əsərlərdəndir.

2012-ci ildə Corc Vaşinqton Universitetində qonaq professor kimi Türkiyə və Yaxın Şərq ölkələrində müqayisəli qadın hərəkatları ilə bağlı araşdırmalar aparıb. 2014-2016-cı illərdə Ankara Universiteti Siyasi Elmlər fakültəsinin dekanı vəzifəsində çalışıb. O, fakültənin ilk qadın dekanı olub.

Sancar, 2019-cu ildə təqaüdə çıxana qədər Ankara Universiteti Qadın Problemləri Araşdırma və Tətbiq Mərkəzinin (KASAUM) direktoru vəzifəsində çalışıb.

Əsərləri Bəzi araşdırmaları Mühafizəkar Müasirlik dövründə Qadın və Ailə profilləri, 1945-65 (Ankara Universiteti Elmi Araşdırma layihələrinin dəstəyi ilə, 2007) Siyasi partiyalarda İnstitusional ənənə və Cinsiyyətçi Mentalitet nümunələri ("Qadınların Məşğulluğunun İnkişafı" layihəsi, Baş Nazirlik Qadınların Vəziyyəti və Problemləri Baş İdarəsinin dəstəyi ilə, 1998) Kitab və məqalələləri Din, Siyaset ve Kadın: İran Devrimi (Alan, 1991) İdeolojinin serüveni : yanlış bilinç ve hegemonyadan söyleme (İmge, 1997) Vicdani Ret ve Eril Şiddet ("Çarklardaki Kum: Düşünsel Kaynaklar ve Deneyimler", haz. Özgür Heval Çınar, Coşkun Üsterci, İletişim, 2008) Otoriter Türk Modernleşmesinin Cinsiyet Rejimi (Doğu Batı: İdeolojiler II, 2004) "Üniversitede Feminizm? Bağlam, Gündem ve Olanaklar (Toplum ve Bilim, Güz, 2003) Türkler/Kürtler, Anneler ve Siyaset: Savaşta Çocuklarını Kaybetmiş Türk ve Kürt Anneler Üzerine Bir Yorum (Toplum ve Bilim, Güz, 2001) Siyasal Katılım ("Türkiye’de Toplumsal Cinsiyet Eşitsizliği: Sorunlar, Öncelikler ve Çözüm Önerileri", M. Tan, Y. Ecevit ve S. Acuner ile birlikte, TÜSİAD ve KAGİDER, 2008; TÜSİAD 2000 tarihli raporun güncellenmesi). Erkeklik:İmkansız İktidar/ Ailede, Piyasada ve Sokakta Erkekler (Metis, 2009) Birkaç Arpa Boyu...21. Yüzyıla Girerken Türkiye'de Feminist Eleştirinin Birikimi (Derleme, Koç Üniversitesi Yayınları, 2011)

İstinadlar

Kateqoriya:Türk feministlər Kateqoriya:Türkiyə politoloqları