Eciton — Ən tanınmış ordu qarışqası növlərini ehtiva edən Yeni Dünya ordu qarışqası cinsi. Ən çox yayılmış və tanınmış növ, həm də ordu qarışqası kimi tanınan və tipik növ hesab edilən Eciton burchellii-dir.

Həyat dövrü

Eciton ordu qarışqalarının köçəri faza və statar faza arasında növbələşən iki fazalı həyat tərzi var. Təxminən üç həftə davam edən statar fazasında, qarışqalar hər gecə eyni yerdə qalırlar. Onlar öz canlı bədənlərini yuva halında düzəldərək, kraliçanı və yumurtalarını ortada qoruyurlar. Belə müvəqqəti bir evə "bivuak" deyilir. Köçəri fazasında qarışqalar bütün koloniyalarını təxminən iki həftə ərzində demək olar ki, hər gecə yeni bir yerə köçürürlər. Qeyd olunan faza ərzində, kraliça yumurta qoymur.

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Dorylinae