Sərdar Bünyad oğlu Sərdarov () — Azərbaycan SSR əməkdar arxitektoru (14.04.1975), Azərbaycan Dövlət Sənaye Müəssisələrini Layihələşdirmə Baş İnstitunun direktoru

Həyatı 1912-ci ildə Qaryagin qəzasının Qarğabazar kəndində anadan olmuşdur. 1926-cı ildə Qarğabazar kənd məktəbini bitirmiş və elə həmin ildə Nərimanov sənaye texnukumuna daxil olmuşdür. О, 1931-ci ildə ildə oranı bitirmişdir. 1931-ci ildən 1937-ci ilə qədər Azərbaycan sənaye institutunda oxumuş və inşaatçı-mühəndis ixtisasını qurtarmışdır.

1937-ci ildən 1942-ci ilə qədər Narkomxoz sistemində Azstroy-un mühəndis-inspekturu, sonra isə Qadanh və Quba tikinti sagələrində texniki rəhbər, "Azneftkosviyyat" kontorunda baş mühəndis vəzifələrdə çalışmışdır.

Böyük Vətən müharibəsinin başlanmasından 1942-ci ilə qədər tranda Sovet ordusunun tərkibində idi.

1942-ci ilin fevralından Azərbaycan MK KP (b) apartında təlimatçı, sektor müdiri, sonra isə Azərbaycan BK KP (b) şəhər təsərrüfatının şöbə müdiri olmuşdur.

1947-ci ildən 1953-cü ilə qədər Azərbaycanın yüngül sənaye nazirinin müavini işləmişdir.

1953-cü ildən 40 il ərzində S. B. Sərdarov respublikanın qabaqcıl layihə sahəst "Azqospromproekt"-ə rəhbərlik edirdi. Onun iştirakı və rəhbərliyi altında Azərbaycanın iqtisadi potensial müəyyən edən və bizim ölkənin müstəqillik əldə etməsinin ilk günlərindən iqtisadi cəhətdən öz sərflərini tam ödəyə bilən dövlət olmağa imkan verən demək olar ki, bütün əsas sənaye obyektləri layihələndirilmiş və tikilmişdir.

Belə sənaye obyektlərinin siyahısıina, Azərbaycan sənayesinin fəxri olan Dərin özüllər, Məişət kondisionerləri, "Azelektroterm" "Azelektroişiq", "Azelektromaş" zavodları, B. Sərdarov adına zavod və bir çoxları aiddir.

Azərbaycanlı inqilabçı, bolşevik Bünyad Sərdarovun oğludur.

Mükafatları Xalqlar dostluğu ordeni Qırmızı Əmək Bayrağı, Şərəf nişanı (iki dəfə), SSRI-nin 12 medalı Azərbaycan SSR əməkdar arxitektoru — 14.04.1975Respublikanın arxitektorlarına Azərbaycan SSR əməkdar arxitektoru fəxri adı verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 14 aprel 1975-ci il tarixli Fərmanı — anl.az saytı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı — 11.01.1982S. B. Sərdarov yoldaşın Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 11 yanvar 1982-ci il tarixli Fərmanı — anl.az saytı

İstinadlar

Kateqoriya:Azərbaycan memarları Kateqoriya:Azərbaycan SSR əməkdar arxitektorları